Uşaqlarda göbək yırtığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 361
Səs ver:
(səs: 0)
Göbək yırtığı uşaqlarda ən tez-tez rast gəlinən cərrahiyyə patologiyası sayılır. Həkimlərin müşahidələrinə görə, bu patologiya hər beşinci uşaqda müşahidə olunur.
Vaxtdan tez doğulmuş uşaqlarda göbək yırtığı diaqnozu hər uç uşaqdan birinə qoyulur.
Yenidoğulmuşlarda göbək yırtığının səbəbi qarın divarının bətndaxili defektidir. Əgər uşağın ana və ya atasında uşaqlıqda bu defekt olmuşsa, uşaqda bu defektin olmasının ehtimalı artır.
Analar arasında belə bir fikir formalaşıb ki, göbək yırtığının səbəbi doğuşdan sonra göbəkbağının "düzgün bağlanmamasıdır”. Lakin bu səhv fikirdir. Göbək yırtığının səbəbi göbək nahiyəsində əzələ toxumasının zəif olmasıdır.
Qəbizlik, köp, güclü və uzunmüddətli öskürək, ağlama, uşağın çəkisinin normadan az olması (hipotrofiya), raxit uşaqda göbək yırtığının meydana çıxması üçün "yaxşı” şərait yaradır. Bu səbəbdən bunlara yol vermək olmaz.
Göbək yırtığı zamanı göbək nahiyəsində oval və ya yumru formasında qabarıqlıq müşahidə olunur və uşağın göbəyi 1-2 sm qabağa çıxır. Lakin uşaqda bu kimi əlamətlərin olması 100% hallarda göbək yırtığının olmasından xəbər vermir. Bu patologiyanın ilkin diaqnozunu müayinədən sonra pediatr qoya bilər. Diaqnozun dəqiqləşdirilməsi üçün pediatr uşağı cərrahın müayinəsinə göndərə bilər.
Adətən göbək yırtığı uşaqda heç bir əlavə narahatçılığa və ya ağrılara səbəb olmur.
Qasıq yırtığından fərqli olaraq, göbək yırtığı bir çox hallarda uşağın təxminən 3-5 yaşına kimi özü-özündən bağlanır. Əgər göbək yırtığı uşağın 3-5 yaşına kimi bağlanmazsa, bu halda cərrahiyyə müalicəsi haqqında qərar verilə bilər. Əməliyyat zamanı yırtıq səliqəli bağlanılır, əməliyyatdan sonra qalan kiçik çapıq, dəri büküşündə gizlədilir və daha sonra, demək olar, qörünmür.
Göbək yırtığı uşağın müəyyən yaşına kimi özü-özündən bağlanmadıqda, mütləq cərrahiyyə müalicəsi tətbiq olunmalıdır. Məsələ burasındadır ki, böyük yaşlarda belə yırtıqlar insanın sağlamlığı üçün daha təhlükəli olur – yırtıq nahiyəsinə çıxan bağırsaq burada "boğula” bilər ki, nəticədə insanın sağlamlığı və hətta həyatı üçün çöx təhlükəli hal olan bağırsaq keçirməməzliyi inkişaf edə bilər. Bunun yeganə müalicə üsulu təcili cərrahiyyə əməliyatıdır.
Göbək yırtığı olan uşaqlar daim cərrahın nəzarətində olmalıdır. Həkim uşağa masaj və müalicəvi gimnastika təyin edir. Mütəxəssis tərəfindən keçirilən masaj, təbii ki, daha yaxşı effekt verir. Bundan əlavə valideynlər qidalanmadan əvvəl gündə 2-3 dəfə uşağın qarının yüngül masajını edə bilərlər (bu haqda pediatrla məsləhətləşin). Daha sonra isə uşağı 10-15 dəqiqə ərzində bərk düz səthə qarın üstə qoymaq lazımdır.
Bir çox hallarda göbək nahiyəsinə plastır sarığın qoyulması tətbiq edilir. Bunu pediatr və ya cərrah təyin etməlidir. İlk dəfə bu sarığı həkim qoymalıdır. Daha sonra isə bunu valideynlər edə bilərlər. Plastır hipoallergen olmalıdır və hər 2-3 gündən bir dəyişilməlidir.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 361
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri