Öd kisəsi xaric olunduqdan sonrakı vəziyyət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 26 667
Səs ver:
(səs: 0)
İnsanın orqanizmində öd kisəsinin mühüm rolu var.Öd öd turşularından ibarәtdir.
Sağlam orqanizimdə öd qaraciyərdən öd kisəsinə axır,burda yığılaraq müəyyən konsentrasiyaya çatır.
Öd hәzm proseslәrindә iştirak edir. Öd kisәsi rezervuar (anbar) funksiyasını yerinә yetirir. Hәzm prosesinin aktiv dövründә öd kisәsi ödü
maksimal hәcmdә onikibarmaq bağırsağa ifraz edir.
İnsan müntәzәm qida qәbul etmәdikdә, qida qәbulları aralarında uzun mәsafәlәr saxladıqda, tez-tez quru yemәklәri yedikdә, öd kisәsindә durğunluq yaranır. Bunun nәticәsindә öd kisәsindә iltihab proseslәri inkişaf edir vә daşlar әmәlә gәlir.
Təəssüf ki,öddaşı xəstəliyinin sonu çox vaxt öd kisəsinin xaric olması ilə başa çatır.Öd kisəsinin çıxarılması bu gün dünya üzrə aparılan cərrahi əməliyyatlar arasında ikinci yerdədir.
Öd kisəsi çıxarılandan sonra öd qaraciyərdən qaraciyər və ümumi öd axarları ilə birbaşa on iki barmaq bağırsağa daxil olur,onun qatılığı daha azdır və yalnız az miqdarda qida üçün həzm şirəsi rolunu oynaya bilir.Əgər xəstə düzgün qidalanma rejiminə riayət etməsə,öd qaraciyərdə yığılır.Bu zaman qaraciyərin daxili axarlarında iltihab prosesi və hətta orada daşın yaranma təhlükəsi baş verir.Məhz buna gorə əməliyyatdan sonra xəstəyə az-az,həm də tez-tez yemək tövsiyə edilir.Çünki hər qida qəbulu-ödün onikibarmaq bağırsağa daha fəal axmasına bir növ təkandır.Əməliyyatdan sonrakı ilk 3-4 ayda orqanizm yeni həzm qaydalarına yavaş-yavaş öyrəşir.Artıq xəstəxanada müalicəvi qidalanma təyin edilir.
Əməliyyatdan sonrakı ilk saatlarda-aclıq,10-12 saatdan sonra-az miqdarda duru yemək (yağsız bulyon,şorba,kisel), 3-4 gündən sonra-suda bişib sürtgəcdən keçirilmiş tərəvəz,ət və balıq püresi,durulaşdırılmış sıyıqlar.Təxminən 2-3 həftə ərzində xəstənin həm qida rasionu genişlənir,həm də normaya salınır.Bununla belə,xəstə ən azı 2-3 ay ərzində sulu yeməklərə,qidalara üstünlük verməlidir.Öd kisəsi əməliyyatından sonra şorba,kompot,kisel daxil olmaqla gün ərzində 1,5-2 litrdən çox maye qəbul etmək olmaz.Ödqovucu təsir gostərən içkilər:-itburnu,zirinc (barbaris) dəmləmələri,meyvə və tərəvəz,xüsusən də pomidor şirəsi,almadan,qara gavalıdan,qaysı qurusundan kompot içmək xeyirlidir.


Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 26 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri