Peritonit

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 263
Səs ver:
(səs: 0)
Peritonit — peritonun iltihabı, qarın boşluğunun iltihabıdır.
Çox vaxt boşluqlu orqanın dəlinməsi və normal halda steril periton boşluğuna mikrobların daxil olması nəticəsində meydana gəlir. Ancaq periton qıcıqlanmasının nədənləri başqa amillər də ola bilər: yad cisim, öd kisəsi dəlinməsi yaxud qaraciyər yırtılması nəticəsində ödün peritona axması, dəlinmiş mədə xorasından mədə turşusu. Qadınlarda peritonit səbəblərindən biri də infeksiyalı uşaqlıq borusu və ya yumurtalıq kistasının partlaması ola bilər.

İltihabın qaynaqlarına görə peritonitlər bir neçə cür olur:

İnfeksion (yoluxucu)
birincili - bura qaraciyər xəstəlikləri və assit zamanı spontan bakterial peritonit və peritoneal dializ alan xəstələrdə əmələ gələ bilər.
ikincili - qarın boşluğu orqanlarının zədələnməsi sonucu (dəlinməsi, yırtılması)
üçüncülü - sürəkli və ya antibitik müalicədən sonra qayıdan infeksiya nəticəsinda qarın boşluğu orqanlarının zədələnməsi olmadan əmələ gəlir. Qan yoluyla keçir,immun çatmamazlığı zamanı meydana gələ bilər.
peritoneal absses infeksion mayenin fibrinli ekssudat, piylik və ya qonşu orqan tərəfindən kapsullaşması, bir qovuğa toplaşması nəticəsində törəyir.
Qeyri-infeksion (steril, qeyri-yoluxucu)
kimyəvi - qan, öd, kontrast maddəsi (barium sulfat) ya başqa qıcıqlandırıcıların peritona yayılması yaxud boşluqlu orqanın divariçindən gələn iltihabi qeyri-infeksion prosesin (məsələn, Kron xəstəliyi) peritona yayılması sonucu əmələ gəlir.
autoimmun - Aralıq dənizi qızdırması zamanı vaxtaşırı qayıdan birincili peritonit.
Peritonitin simptomları qarın ağrısı, qızdırma, ishal, sidikqovucu müalicəyə rəğmən yaxşılaşmayan assit, bağırsaq keçməməzliyi ola bilər.
Ağırlaşmaları: kəskin böyrək çatmamazlığı yaxud xroniki böyrək çatmamazlığının ağırlaşması.

Kəskin peritonitin müalicəsi təcili cərrahi əməliyyatdır. Əməliyyatın əsas məqsədi:
-iltihabi ocağın aradan götürülməsi
-irinin, nekrozların və fibrin ərpin aradan götürülməsi (yaranın təmizlənməsi və peritoneal yuyulma, lavaj)
-qarın boşluğunun bütün nahiyələrinin suyunun çəkilməsi (drenaj)

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 263
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri