Nazik bağırsaq adenoması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 752
Səs ver:
(səs: 0)
Əsasən duodenumda rast gəlinən Brunner vəzinin adenomaları proksimal duodenumun çox nadir törəmələridir. Brunner vəzləri normada duodenumun selikaltı gişasında yerləşir və qələvi bikarbonatla bol maye və selik ifraz edərək mədə turşusunun neytrallaşdırılmasına yardım edir. Vəz toxumasının hiperplaziyasının patogenezi və adenomanın formalaşması səbəbi dəqiq məlum deyil. Brunner vəzi adenomalarının maliqnizasiya potensial çox aşağıdır. Brunner vəzi adenomaların müəyyən edildikdə, onların lokal rezeksiyası endoskopik yolla və ya duodenotomiya ilə selikaltı rezeksiya vaistəsilə aparıla bilər. Brunner adenomasının çıxarılması bağırsaq invaginasiyası və ya adenomanın böyüməsi nəticəsində öd axarının obstruksiyasının qarşısını almış olur.
Yoğun bağırsaqda olduğu kimi nazik bağırsaq adenomaları da tubulyar, tubulyar-xovlu və ya xovlu adenomalara bölünə bilər. Adenomalar əsasən duodenumda müşahidə edilir və əksəriyyəti periampulyar zonada olur. Az hallarda adenomalar proksimal yeyunumda da müəyyən edilir. Xovlu və tubulyar-xovlu adenomaların təxminən 25%-də bədxassəli törəmənin olma ehtimalı yüksək olduğundan, onların erkən diaqnostikası və rezeksiyası xüsusi əhəmiyyət kəsb edir. Kiçik ölçülü adenomaların iki balonlu enteroskopiya zamanı selikaltı rezeksiyası aparıla bilər. Bütün adenomaların maliqnizasiya potensialı vardır və bu risk adenomanın ölçüsü ilə düz mütanasibdir. Bütün hallarda nəzərə almaq olar ki, 2 sm-dən böyük olan adenomaların maliqnizasiya potensialı və ya tərkibində artıq bədxassəli hüceyrələrin olması ehtimalı xeyli yüksək olur.Duodenumda olan adenomalar 1\3 hallarda obstruktiv sarılıq və ya nazik bağırsaq obstruksiyasına səbəb olur. Həmin xəstələrdə çox zaman bu səbəbdən qarın boşluğunun US müayinəsi və radioloji müayinəsi aparılır. Lakin, simptomlar olmadıqda, duodenumun adenomalarının diaqnostikası üçün ilkin olaraq iki kontrastlı yuxarı mədə-bağırsaq radioloji müayinəsi və ya ezofaqoqastroduodenoskopiya aparılır. Kontrastlı radioloji müayinələrdə adenomalar "kontrastla dolma defekti" kimi müəyyən edilir və çox vaxt ayaqcıqlı kütlə kimi görünür.
 
 
Yuxarı mədə-bağırsaq sisteminin kontrastla müayinəsi pozitiv olduqda, həmin xəstələrdə növbəti test kimi endoskopik US müayinəsinin aparılmasına imkan verən ezofaqoqastroduodenosopiya aparılmalıdır. EUS ilə törəmənin dəqiq ölçüsü və invaziyasının dərinliyi, habelə limfadenopatiyanın olub olmadığı müəyyən edilə bilər. İnvaziya etmiş adenomaların rezeksiyası cərrahi yolla aparılır. Daha kiçik adenomalar isə endoskopik yolla rezeksiya oluna bilər.
 
Cərrahi metodlara aşağıdakılar aiddir:
kiçik ölçülü adenomalarıın transduodenal lokal rezeksiyası,
selikli gişa ilə məhdudlaşmış törəmələrdə pankreasın saxlanması ilə duodenektomiya aparılır,
böyük ölçülü və ya periampulyar törəmələrdə pilorusun saxlanması ilə pankreatikoduodenektomiya aparılır.
Rezeksiyadan sonra duodenumun xovlu adenomaları 40% hallarda təkrar inkişaf edir və onların 25% maliqnant olur. Retrospektiv araşdırmalara əsaslanaraq duodenumun xovlu adenomalarında pankreatikoduodenektomiyanın aparılması tövsiyə edilir.
Yuxarıda qeyd edildiyi kimi, İrsi Adenomalı Polipoz sindromu olan xəstələrdə poliplərin əmələ gəlməsində görə yoğun bağırsaqdan sonra ikinci yerdə duodenum durur. Həmin xəstələrdə yoğun bağırsaq xərçəngindən sonra ikinci yerdə duodenumun xərçəngi durur. Ümumiyyətlə, İrsi Adenomalı Polipozu olan xəstələrdə duodenal xərçəngin inkişafı riski adi əhalidən 100-300 dəfə yüksək olur. İrsi Adenomalı polipozu olan xəstələrdə poliplərin lokal rezeksiyası aparıldıqdan sonra xəstələrin hər il endoskopiya ilə skrininqi aparılmalıdır. Çoxsaylı polipləri olan, histoloji müayinədə displaziyanın olduğu müəyyən edilən və ya lokal rezeksiya ilə tam götürülməsi mümkün olmayan poliplərin müalicəsi pankreatikodudenektomiya ilə aparılmalıdır.
 
Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 752
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri