Bir
çoxlarımız iş tələbi və gərəyi ilə bağlı demək olar ki, oturaq həyat
keçiririk. İstər divanda televizor qarşısında, istər kompyuter
qarşısında, istərsə də maşında. Aparılan araşdırmalar göstərib ki, çox
oturmaq sağlamlığa zərərlidir. Belə ki, gün ərzində 10 saatdan artıq
oturaq həyat tərzi keçirən insanlar sağlamlığını ciddi təhlükə
qarşısında qoyurlar. Bu cür həyat tərzi insan səhhətinə pis təsir
göstərir.
Çox saat oturaq həyat tərzi keçirməyin mənfi nəticələrindən hətta ən
yaxşı fiziki formada olan insanlar da qaça bilmir. Məlumatda oda
bildirilir ki, qadınlar üzərində təcrübələr də aparılıb.
Həkimlər bildiriblər ki, Bakster adlı qadına baxarkən, onun əzələ və
oynaqlarında xroniki ağrılar olduğunu demək olmaz. Hazırda o, işdəki
masası arxasında fibromiolgiyadan istifadə edərək, ayaq üstə durmalı
olur. "Ayaq üstə işləməyə başlayandan bəri özümü yaxşı hiss etməyə
başlamışam, üstəlik idman da edirəm.
Bu da mənim qan dövranımın yaxşı işləməsinə kömək edir," - deyə, bildirib.
Təcrübələr uşaqlar üzərində aparılıb. Onlar maraqlı televerilişlərə
baxan müddətdə uşaqların qan təzyiqi və nəfəsalma templəri öyrənilib.
Tədqiqatçıları hər şeydən öncə uşaqların saatlarla məktəb partası
arxasında əyləşəndən sonra kompüter masasının arxasına keçmələri, yaxud
televiziya verilişlərinə baxması məsələsi daha çox narahat edir. Çünki
tədqiqatların nəticələri o qədər də ürək açan deyil. İki saatdan yeddi
saata qədər oturanda qanda şəkərin miqdarı artır və faydalı xolesterinin
səviyyəsi aşağı düşür. Nəticədə, osteoporoz xəstəliyini yaradan
faktorlar ortaya çıxır. 2 – 7 saat oturduqdan sonra uşaqların qanında
şəkərin miqdarı aşağı düşüb. Həmçinin "xeyirli" xolesterin də azalıb.
Digər bir araşdırma isə çox oturmağın ciddi xəstəliklərə səbəb olduğunu
göstərib. Pisxoloq Amanda Visek: "Çox oturmaq kökəlmək, diabet,
ürək-damar xəstəlikləri, depressiya, hipertoniya kimi xəstəliklərə,
hətta ölümə səbəb olur.”
Gənc olmasına baxmayaraq Amanda Visek oynaqlarında və belindəki
ağrılardan əziyyət çəkirdi. Ona görə də o, Amanda kimi ayaqüstü masadan
istifadə edir və özünü xeyli yaxşı hiss etdiyini deyir: "Günün sonunda
nə qədər idman etsək də, həyat tərzimiz oturaq olduğuna görə
sağlamlığımız zərər çəkir. Bununla bağlı ölçülər götürmək o üzdən
mühümdür."
Araşdırmaların nəticələri eləcə də, oturaq həyat tərzi keçirən yaşlı
insanların 50 faizində əlilliklə üzləşmə riskinin olduğunu göstərib.
Lakin bu, hər yaşda baş verə bilər.
Milkmen İctimai Səhiyyə İnstitutunda bu iş tərzini təşviq edir.
Mərkəzdəki pillələrlə çıxmaq imkanı var. Auditoriyalarda və
koridorlardakı hündür stendlər ayaq üstə durmağa imkan yaradır və
müəllimlər demək olar ki, ayaq üstündə dururlar.