Qarıının düz əzələsinin diastazı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 866
Səs ver:
(səs: 1)
Diastasis Recti-Sol və sağ tərəfdə qabırğa kənarından başlayaraq qasıq sümüyünə birləşən iki qarın düz əzələlərinin ağ xətt boyu normadan çox (normada 1-2 mm) qazanılmış aralanması vəziyyətinə anatomik terminlə Düz Əzələlərinin Diastazı deyilir. Linea alba orta xətt boyu döş sümüyünün xəncərvari çıxıntısı ilə qasıq sümüyünün simfizinədək uzanan dar fassiya zolağıdır. Normada iki düz əzələ o dərəcədə bir birinə bitişik olur ki, hətta xəstə oturduqda və ya gücəndikdə, linea albada əzələ liflərinin olmaması belə bilinmir. Diastasis recti inkişaf etdikdə, qarının hər iki düz əzələsi arasından olan fassiya zolağı böyüyür və genişlənir.
Etiologiya — Xəstənin bədən habitusu və ya hamiləlik səbəbindən fassiya zəifləmiş olur. Diastasis recti abdominal divarın yırtığı deyildir. Daistazda fassiya defekti olmur və buna görə də, inkarserasiya və ya boğulma riski yoxdur. Diastasis recti olan xəstələr aşağıdakı qruplara aid edilə bilər: mərkəzi köklüyü olan orta yaşlı və ya ahıl kişilər; iri fetus və ya əkiz hamiləliyi olan kiçik boylu kök olmayan qadınlar. Bədən çəkisi yüksək olan xəstələrdə bədən çəkisinin tədricən artması göbəkdən yuxarı hissədə qarının düz əzələlərinin bir birindən aralanmasına səbəb olur. Diastasis recti həm də körpələrdə də müşahidə edilir. Lakin, körpələr böyüdükcə, onların düz əzələləri güclənir və hipertrofiyaya məruz qaldığından, nəticədə diastasis recti aradan qalxır. Ümumiyyətlə, körpələrdə diastsis recti normanın variantı hesab edilir və heç bir müdaxilə tələb etmir.

Diaqnostika —Əksər hallarda düz əzələlərinin diastazı sadə fiziki müayinədə müəyyən edilə bilər. Xəstə ilkin olaraq uzanıq olduqda müayinə edilir, sonra isə ondan oturmaq xahiş edilir. Xəstə öz başını qaldırdıqda onun qarındaxili təzyiqi artmış olur və iki düz əzələnin yığılması nəticəsində xəncərvari çıxıntıdan göbəyədək onların arasında boşluq asan palpasiya edilir. Bəzən isə düz əzələlərinin kənarları belə çıxıntı kimi müəyyən edilə bilər. Diastsis recti digər qazanılmış abdominal divar defektlərindən - cərrahi kəsik, anadangəlmə və ya qazanılmış yırtıqlardan - fərqləndirilməlidir. Fassiyada olan defekt səbəbindən yaranan yırtıqla müqayisədə, diastasis recti olan xəstələrdə uzanıq olduqda fassiya defekti olmur. Cərrahi kəsik yırtıqları qarında aparılmış və aydın müşahidə edilən cərrahi kəsik sahəsində əmələ gəlir. Abdominal divarın anadangəlmə və ya qazanılmış orta xətt yırtıqları göbək və ya epiqastridə müəyyən edilir. Epiqastrik yırtıqların diametri adətən 2 sm-dən kiçik olur.

Müalicə və bərpası — Çəkinin azaldılması üçün müvafiq tədbirlər tövsiyə edilməlidir, lakin bir çox hallarda vəziyyətin yaxşılaşmasına təsir etmir. Əgər əhəmiyyətli dərəcədə çəki itkisi baş verirsə və xəstə tərəfindən saxlanılırsa, bu zaman planlı şəkildə linea albanın plikasiyası nəzərdən keçirilə bilər. Adətən çəkisi çox olan xəstələrdə cərrahi müdaxilənin aparılması tövsiyə edilmir. Postpartum dövrdə orta xətt boyu qarın divarının gücləndirilməsi ümün müvafiq idman proqramının tətbiqi tövsiyə edilə bilər. Hamiləlikdən sonra yaranan diastasis recti diaqnozu qoyulan qadınlarda, əgər növbəti hamiləlik planlaşdırılmırsa və xəstə hamiləlikdən əvvəlki çəkiyə qayıdıbsa, bu zaman planlı şəkildə linea albanın plikasiyası aparıla bilər. Çoxsaylı hamiləliklər səbəbindən xeyli miqdarda abdominal əzələ itirmiş qadınlarda linea albanın plikasiyası aşağıdakı faydaya malik ola bilər - tənəffüsü yaxşılaşdırır, aşağı bel ağrısını aradan qaldırır və qadınlara gündəlik həyatda, o cümlədən, evdə və peşəkar həyatda, qaldırma və güc tətbiq etməklə əlaqəli işləri görmək qabiliyyətini artırır.
Diastasis recti səbəbindən plikasiya proseduru adətən plastik cərrahla birgə və adətən transverse suprapubik (köndələn qasıqdan yuxarı) və ya abdominoplastika üçün istifadə edilən kəsiklə aparılır.
Bərpa proseduru aşağıdakı iki modifikasiyada aparıla bilər:
Standart abdominoplastika yanaşması seçildikdə, plastik cərrah adətən artıq dərini kəsib götürür. Diastaz isə genişlənmiş linea alba zolağının kəsilib çıxarıması və iki düz əzələnin kənarlarını bir birinə yaxınlaşdırmaqla davamlı sovrulmayan tikişlə bərpa edilir.

Düz əzələlər həm də biri birinə plikasiya oluna bilər ki, bu zaman genişlənmiş linea alba əzələlərin altında qalır. Qoyulmuş tikişlərin daha yaxşı və tez sağalamasını təmin etmək üçün elektrokauterizasiya (elektrokoaqulyasiya) ilə düz əzələnin medial aspektini yandırmaqla xüsusi zədə zonasını yaratmaq faydalıdır. Düz əzələlərinin birləşdirilməsi üçün sovrulmayan tikişlərin qoyulması tövsiyə edilir.
Əməliyyatdan sonra 6 həftə ərzində ağır yük qaldırmaq (2-3 kq-dan çox) məhdudiyyəti saxlanmalıdır.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri