Səbəbsiz qəhqəhə dəhşətli xəstəliyin əlaməti ola bilər

Müəllif: Lola_Maya_
Şərhlər: 3
Baxılıb: 607
Paylaş:
Səs ver:
(səs: 0)
İnsan bədəni çox çeşidli, müxtəlif funksiyalı hüceyrələrdən təşkil olunub. Bu hüceyrələrin çox böyük bir hissəsi həyatımız boyu böyüyür və ölür. Ölən hüceyrələrin yerinə digər hüceyrələrin bölünməsi ilə yeniləri gəlir. Bu şəkildə orqanizm sağlam qalır və öz funksiyalarını normal şəkildə yerinə yetirir. Lakin xəstəliklər və ya bədəndə olan bir çox xarici təsirlər nəticəsində hüceyrələrin funksional fəaliyyəti pozulur və onlar böyümə kontrolunu itirərək sürətli şəkildə bölünməyə başlayırlar. Bu cür dəyişikliyə məruz qalan hüceyrələrə şişlər deyilir. Şişlər xoşxassəli və bədxassəli olmaqla 2 qrupa ayrılır.
Türkiyəli onkoloq Cüneyd Köçmür beyin şişinin az məlum olan əlamətlərinə toxunub. Onun sözlərinə görə, durduğu yerdə qəhqəhə çəkmək ciddi xəstəlik əlaməti ola bilər.
 
Qəfil qəhqəhə
Beyin şişləri heç də hər zaman baş ağrıları ilə müşahidə olunmur. Bu şişlər hərdən az məlum olan əlamətlərlə özünü göstərə bilər. Məsələn, səbəbsiz yerə, durduğu yerdə gülmək beyin şişinin ilkin əlamətləri ola bilər. Beyin şişlərinin digər əlamətləri isə depressiya, hallyusinasiya, gözlərin zəifləməsi, halsızlıqdır. Huşunu itirmək və  ya yeriyərkən büdrəmə da beyin şişin əlamətləri ola bilər.
 
Şiş növünün müəyyən edilməsi çox əhəmiyyətlidir
Əlamətlər şişin beynin hansı hissəsində olmasından çox asılıdır. Şişlər əl və ayağın beyində hərəkətini təmin edən hissədədirsə, əl və ayaqlar uyuşur və hərəkət qabiliyyəti getdikcə zəifləyir. Başın arxa tərəfindəki şişlər isə gözlərin zəifləməsinə səbəb olur. Şişin xoşxassəli və bədxassəli olub-olmadığı analizlərin nəticələrinə görə müəyyən olunur.
 
Cərrahi metodlar
Beyin şişlərinin müalicəsində ilkin variant hər zaman cərrahı üsuldur. Cərrahiyyənin necə aparılması şişin beynin hansı hissəsində yerləşməsinə  görə müəyyən olunur.  Müasir texnoloji avadanlıqlar sayəsində artıq əməliyyatlar mikro və ya endoskopik cərrahi üsulla həyata keçirilir. Əməliyyat ilə şişin hamısı çıxarılır və onun təsirləri yox edilir. Bu, cərrahi metodlar sayəsində xəstələr tezliklə sağalıb normal həyatlarına qayıdır.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 607
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
beasloove
Mence bu pisxoloji pozgunluqdur.
Cunku, menimanamdada herden olur. 122
22 may 2016 13:53
3
Offline
vipbetul
ilk defedirki esidirem gulmekde xesdelik ola biler Allah uzaq elesin
20 may 2016 11:09
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Elbette sebebsiz qehqehe insanda anomalligin oldugunu eks etdirir. Bu psixoloji pozgunlyqda ola biler.
20 may 2016 09:37
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv