Spiqel (aypara xətti yırtığı)

Müəllif: NoName
Şərhlər: 1
Baxılıb: 842
Paylaş:
Səs ver:
(səs: 0)
Spiqel xətti yırtığı semilunar (aypara) xətt boyu baş verir. Bu yırtıq medial tərəfdən qarının düz əzələsinin aponevrotik qatı ilə lateral tərəfdən aypara xətti arasında olan spiqel fassiya yırtığıdır. Semilunar (aypara xətti) xətt düz əzələnin arxa fassiya yatağının kənarında yerləşir. Bu anatomik lokalizasiya adətən zəif olur, çünki bu sahədə qarının düz əzələsinin arxa fassiya yatağı olmur. Spiqel xətti yırtığı ədəbiyyatda çox detallı təsvir edilir, lakin çox nadir bir yırtıqdır. Lakin, ehtimal etmək olar ki, bu tip yırtıqların müəyyən edilməsi artacaqdır, çünki onlar asanlıqla KT və digər müasir görüntüləmələr zamanı müəyyən edilir.

Etiologiya — Yırtıq inkişaf etdikcə, preperiton piy toxuması Spiqel fassiyasından keçir və özü ilə peritonu da dartıb gətirir. Bu cür hallarda yırtıq xarici çəp əzələnin aponevrozu ilə örtülmüş olur. Buna görə də, əksər Spiqel xətti yırtıqları interpariyetal olur və çox nadir hallarda yırtıq kisəsi xarici çəp fassiyanın önündə dərialtı toxumada yerləşə bilər.

Klinika — Fiziki müayinə ilə Spiqel xətti yırtıqlarının dəqiq diaqnostikası çox çətin olur. Xəstələr bəzən düz əzələyə lateral olaraq qarının orta və aşağı nayihələrində şişkinlikdən şikayətlənir. Xəstələr bəzən həm də kəskin ağrı və ya həmin sahənin ağrılı olmasından şikayətlənə bilər. Kürək üzərində uzandıqda, yırtıq adətən yerinə salınır. Adətən USM ilə Spiqel xətti yırtığının diaqnostikası asanlıqla aparılır. Hətta əgər müayinə zamanı yırtıq yerinə salınmış olsa da belə, US müayinəsində fassiyanın defekti ilə əlaqədar olan semilunar xəttin exogenik kölgəsində qırılma müəyyən edilə bilər. Qarının KT görüntüləməsi də Spiqel xətti yırtığının diaqnozunu təsdiq edə bilər.

Bərpa — Spiqel xətti yırtıqlarının 20% həkimə müraciət etdikdə, artıq inkarserasiya (yerinə salınmayan) olunmuş olur. Bu səbəbdən, diaqnoz qoyulduqda onların cərrahi yolla bərpası mütləqdir. Cərrahi müdaxilə adətən ümumi anesteziya altında aparılır, çünki bu zaman xarici çəp əzələnin bölünməsi tələb olunur. Palpasiya olunan kütlə və ya fassiya defekti üzərində köndələn cərrahi kəsik aparılır. Dərialtı sahədə olan yırtıq özünü dərhal biruzə verir. İnterpariyetal yırtıq olduqda isə disseksiya davam etdirilməlidir. Xarici çəp əzələ bölünür ki, onun arxasında yerləşən yırtıq kisəsi təyin edilsin. Yırtıq kisəsi ətraf birləşmələrdən təmizlənir, kisənin boğazı müəyyən edilir, açılır, kisə möhtəviyyatı qarın boşluğuna geri salınır və kisə ya kəsilib çıxarılır, ya da sadəcə qarın boşluğuna inversiya olunur. Daxili çəp və Qarının köndələn əzələlərinin aponevrozunun medial və lateral kənarlarına tikiş qoymaqla fassiyada olan defekt bağlanır. Yırtığın bərpasında protez meşin qoyulması tələb olunmur. Bu əməliyyat həm də laparoskopik üsulla da aparıla bilər. Bərpa edilmiş yırtığın təkrar baş verməsi ehtimalı çox aşağı olur.

Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55

 

loading...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 842
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli melumatdir
4 may 2016 00:08
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv