Mədəkiçiltmə əməliyyatları kimlərə olmaz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 774
Səs ver:
(səs: 1)
Hər kəsin bariatrik əməliyyat olunması mümkün deyil.
Bədən kütlə indeksi 30-dan artıq olan insanlar piylənmə mərhələsində hesab olunur.
Piylənmə, çəkinin normadan artıq olması bir çox amillərlə bağlıdır. Burada təbii ki, qidalanma və genetik faktor çox əhəmiyyətlidir.
Artıq çəki sadəcə, insanın görünüşünün gözəl görünməməsi demək deyil, bu, həm ciddi sağlamlıq məsələsi, həm də cəmiyyətin, bütün dünyanın epidemik şəkil almış tibbi problemidir.Bunun qarşısını almaq üçün müxtəlif yollara əl atılıb. 50-60 ildir ki, piylənmə, ağır çəki ilə mübarizədə cərrahi metodlardan da istifadə olunur. Bu əməliyyat metodları günümüzə qədər təkmilləşdirmələrdən keçib. İndiyə kimi müxtəlif əməliyyat metodları tətbiq olunub və bu metodların tətbiqi nəticəsində piylənmədən əziyyət çəkən insanlar daha sağlam, keyfiyyətli ömür sürməyə başlayırlar.
Bu gün artıq çəki ilə mübarizədə bariatrik, yəni mədənin kiçildilməsi əməliyyatlarının daha effektiv metoddur.
Çəkinin boyun kvadratına bölünməsi ilə əldə olunan rəqəm bədən kütlə indeksi sayılır. Bədən kütlə indeksi 18-25 arasında olan insan normal, 25-30 arasında olan artıq çəkili, 30 üzərində olan şişman sayılır.Əgər insanda bir sıra xəstəliklər, məsələn, şəkərli diabet, yüksək təzyiq varsa və indeks 35-dən, 40-dan artıqdırsa buna "ölümcül artıq çəki” deyilir.
Biz artıq çəki, piylənmə deyəndə insanın piylənmə səviyyəsindəki ciddi artımı nəzərdə tuturuq. Yəni əzələ sisteminin inkişafı heç də piylənmə kriteriyalarına daxil deyil. İdmançının bədən kütlə indeksi 35 ola bilər. Amma biz buna artıq çəki, piylənmə demirik.
Bəzən insanlar deyir ki, mən çox kiloluyam, amma sağlamam. Bu, qətiyyən belə deyil. Dərindən araşdıranda özünə sağlam deyən həmin insanların ciddi sağlamlıq problemləri ortaya çıxır. 30-40 yaş arasında olan çox kilolu bir insan ilk baxışda sağlam görünə bilər. Amma yaş irəlilədikcə problemlər özünü qabarıq şəkildə göstərməyə başlayır.
Bir insan mən kiloluyam əməliyyat olunub, arıqlamaq istəyirəm, deyə bilər. Amma bu, həkim tərəfindən dərhal qəbul olunmamalıdır. Hər şeydən əvvəl pasientin ciddi dəyərləndirilməsi aparılmalıdır. İlk növbədə psixoloq, endokrinoloqun rəyi lazımdır.
Hətta psixiatrın araşdırması olmalıdır. Çox yemək alışqanlığı olan bir şəxsə "səni əməliyyat edəcəyəm, sonradan bir daha artıq çəkili olmayacaqsan, bir də piylənməyəcəksən” qarantiyası vermək olmaz.
Öncə piylənmədən əziyyət çəkən insanın yemək alışqanlığının səbəbini bilmək gərəkdir. Yəni dərin depressiya, psixoloji problemlərlə da bağlı davamlı yemək alışqanlığının olması mümkündür.
Psixoloji, psixiatrik dəyərləndirmədən sonra qastroenteroloqun müayinəsinə ehtiyac var. Çünki mədədə hər hansı bir problemin olub-olmadığını da bilmək vacibdir.
Eləcə də endokrinoloqun ciddi müayinəsi lazımdır. Və ən vacib məqamlardan biri də budur ki, insanlar çox yeməkdən imtina etməyi bacarmalıdır. Pasient əməliyyatdan sonra iradəsinin olacağına əmin olarsa, o zaman əməliyyata qərar vermək olar.
Mədənin həcmini kiçiltmək önəmli kriteriyadır. Məqsəd isə mədəyə az qida daxil olmasına nail olmaqdır.Mədə həcminin 2/3-ni azaltmaq minimum şərtdir. Yəni əməliyyatdan əvvəl iki boşqab yemək yeyən insan əməliyyatdan sonra birini yemək məcburiyyətində qalır. Ən azı əməliyyatdan bir il sonra bunu etməmək mümkün deyil. Pasient əməliyyatdan qabaq on köftə yeyirdisə, sonradan birini yeməyə məcburdur.
Əgər insanın psixoloji durumu normaldırsa, əməliyyatdan sonra arıqladıqca az yeməyə davam edir, çox yemək vərdişini tərgidir.
Mütəxəssisin sözlərinə görə, mədəni kiçiltməklə 40-50 kiloya qədər çəki itirmək mümkündür. Əməliyyatdan sonra həm həcmin kiçilməsi, həm də mədədə olan, davamlı yeməyə çağıran hormonun yox olması yemək həvəsini azaldır.Əgər əməliyyatdan iki il sonra xəstənin çəkisi artırsa, bu, əməliyyatın, onu edən cərrahın uğursuzluğu deyil, insanın özündən asılı olan məqamdır.
Bariatrik əməliyyatın nəticəsinin uğurlu olması üçün xəstə daim yeməyinə diqqət etməlidir. Təbii ki, ilk bir ildə kilo itirilir. Amma çəkinin normada qalması üçün ciddi iradə olmalıdır. "Mən əməliyyat olunacam, sonra isə yemək vərdişimi davam etdirəcəm” yanaşması tamamilə yanlışdır.
Bəzən bu əməliyyatlar çox cazibədar göstərilir. Belə olmamalıdır. Bəli, əməliyyat nəticələri çox yaxşı olur. Amma əməliyyat etdirim, sonra da istədiyimi yeyim, içim, deyilən bir qayda yoxdur. İnsan hər şeydən əvvəl psixoloji olaraq bu mərhələyə hazır olmalıdır.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri