Öd Kisəsi Əməliyyatı Haqqında Video Material - Doktor Bextiyar Qehremanov

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 796
Səs ver:
(səs: 0)
Əməliyyat üçün hansı üsulu seçməliyəm?
Günümüzdə öd kisəsi daşının ən uyğun əməliyyat şəkli (qapalı) laparoskopik üsuldur. Ancaq bəzi xəstələrdə keçirilmiş əməliyyatlar səbəbiylə ya da qapalı əməliyyatın texniki olaraq aparıla bilinmədiyi hallarda açıq əməliyyat tətbiq oluna bilər.

Açıq və qapalı-laparoskopik əməliyyatlar arasındakı fərqlər nələrdir?
Qarın içindəki əməliyyat hər iki üsulda da eynidir; Öd kisəsi, bağlı olduğu yerdən ayrılaraq çıxarılır. Aradakı fərq qarın divarındakı əməliyyatdadır. Açıq əməliyyatda qarında bir kəsik açılır, əməliyyat sonrası xəstəxanada daha çox qalmaq lazım gəlir, sağalma müddəti daha uzundur, gündəlik həyata geri qayıtmaq daha çox vaxt alır, əməliyyatın izi qalır. Qapalı üsulda kəsik və iz yoxdur, qarın divarında 3-4 ədəd deşikdən əməliyyat keçirilir, xəstəxanada daha az qalınılır, gündəlik həyata qıssa müddətdə qayıdılır (adətən 3-7 gün), ağrı daha olur.

Öd kisəmdə polip aşkar edilərsə bunun müalicəsi necədir?
Poliplər öd kisəsinin daxili səthini örtən təbəqənin ət xalı şəklində çoxalmaları və ya xolesterin kristalı yığılması ilə yaranırlar. Poliplər birdən çox sayda olub şikayətə səbəb olursa, daş kimi qiymətləndirilib əməliyyat aparılır. Polip ölçüsü 1 sm-dən çox isə xərçəng olma riski səbəbiylə əməliyyat edilir. Balaca və şikyəti olmayanlar fasilələrlə ultrasəs ilə təqib edilirlər.

Öd daşları,kisə xaric edilidikdən sonra təkrar olarmı?
Öd kisəsi çıxarıldığı üçün öd kisəsi daşı bir daha əmələ gəlmir.

Öd kisəsinin vəzifəsi nədir?
Öd kisəsi, qara ciyərdə ifraz olunan ödü saxlayan və yeməklərdən sonra yağ həzmi üçün ödü bağırsaqlara boşaldan bir orqandır.

Öd kisəsi tamamilə, yoxsa sadəcə kisədəki daşlar xaric edilir?
Öd daşları, öd kisəsinin bir xəstəliyidir. Sadəcə daşlar çıxarılsa bir müddət sonra həmin daşlar yenidən yaranır. Həmçinin öd kisəsi olmadan da normal həyatımızı davam etdirərik. Bu səbəblə yalnız daşı xaric etmək deyə bir müalicə yoxdur; Öd kisəsi, daşlarla birlikdə çıxarılır.

Dr. Bəxtiyar Qəhrəmanov
Bariatik, Estetik Cərrah
(+99455) 395 44 55


(səs: 0)
Şərhlər: 1
Baxılıb: 9 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri