Xoranın deşilməsi və daxili qanaxma

Müəllif: NoName
Şərhlər: 5
Baxılıb: 953
Paylaş:
Səs ver:
(səs: 0)
Xora xəstəliyi olan insan öz sağlamlığına qarşı çox diqqətli olmalıdır - müəyyən pəhriz saxlamalı, ağır fiziki və emosional gərginliklərdən uzaq olmalı, həkimin nəzarətində olmalı, xəstəliyin kəskinləşməsi zamanı müalicə almalıdır və s.
Bu qaydalara əməl etməklə xora xəstəliyini tam kontrol etmək mümkündür ki, xəstədə fəsadlar və ağırlaşmalar inkişaf etməsin.
Lakin bəzi xəstələr bu xəstəliyin ciddiliyini dərk etmir və həkimlərin tövsiyələrinə əməl etmirlər - pəhriz saxlamırlar və s. Bu isə onlarda bir çox ağır fəsadların inkişafına yol açır.
Nəzərinizə çatdıraq ki, xora xəstəliyinin fəsadları insanın həyatı üçün olduqca təhlükəlidir və təcili cərrahi müdaxilənin tətbiqini tələb edir.

Xoranın deşilməsi

Mədə və 12 barmaq bağırsağının divarı bir neçə qatdan ibarətdir. Xora daxili qatı zədələyir. Lakin bəzən xora deşilə bilər ki, nəticədə mədənin və ya 12 barmaq bağırsağının möhtəviyyatı qarın boşluğuna düşür. Bu isə peritonit kimi ağır pozulmaya səbəb olur. Vaxtında müalicə olunmadıqda peritonit tez bir zamanda insanın həlak olmasına səbəb ola bilər.
Xoranın deşilməsi qarın nahiyəsində güclü ağrı ilə müşayiət olunur. Xəstə ayaq üstə dura bilmir, böyrü üstə, dizlərini qarnına sıxılmış vəziyyətdə ("embrion pozası") uzanır, alnında tər əmələ gəlir, hərarət artır. Xəstənin dili quru olur, qarın çox gərgin ("daş" kimi) və yastı. Peritonit inkişaf etdikcə xəstənin vəziyyəti daha da pisləşir.
Xoranın deşilməsinə şübhə yarandıqda dərhal "təcili yardım" çağırmaq lazımdır. Xəstəyə hər hansı dərman, qida və s. vermək, qarın nahiyəsinə "qrelka" qoymaq olmaz.
Xoranın deşilməsi yalnız cərrahi üsulla müalicə olunur. Diaqnoz dəqiqləşdirdikdən sonra əməliyyat dərhal həyata keçirilir. Xoranın divarı bərpa olunur (tikilir), bəzən mədənin bir hissəsi xaric olunur.

Qanaxma

Bu da xora xəstəliyinin ağır fəsadlarından biridir. Xora xəstəliyi zamanı mədənin divarı tədricən "yeyilir" və nəticədə burada yerləşən damar partlaya bilər. Bu isə daxili qanaxmaya səbəb olur.

Qanaxmanın simptomları:

- ani halsızlıq
- bayılma
- arterial təzyiqinin kəskin düşməsi
- qusma (al qan və ya qəhvəyi kütlə - laxtalanmış qan)
- duru qara nəcis ("melena" adlandırılır).

Bu simptomlar meydana çıxdıqda xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Qastroskopiya müayinəsi tətbiq edilir və qanaxma mənbəsi təyin olunur. Müayinə zamanı qanaxma xüsusi üsullarla dayandırılır. Xəstə stasionar şəraitində bir neçə gün ərzində müalicə alır, həkimlər onun vəziyyətinə nəzarət edirlər. Əgər qanaxma davam edərsə, cərrahi əməliyyat aparılır.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
 
 

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 953
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Oxatan
Bu niye burclerdedi?
25 may 2016 08:12
5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Marta
Allah hec kime yasatmasin mede agrisi cetindir..
25 may 2016 01:38
4
Немного терпения, и у тебя все получится..
Offline
vipbetul
Allah hec kime gorsetmesin aqir xesdelikdir daima dietayla tasamalisan bu xesdeliyk olduqda
24 may 2016 22:24
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
Allah iraq etsin
24 may 2016 22:19
2
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!
Offline
birdane
allah uzaq elesin bizlerden
24 may 2016 20:51
1
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook