Piylənmə niyə yaranır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 065
Səs ver:
(səs: 1)
Piylənmə dedikdə, orqanizmdə dərialtı piy qatının və digər orqanlarda piy qatının, bədən çəkisinin normadan 20% artıq olması nəzərdə tutulur. Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif pozğunluqlar və müxtəlif preparatların qəbulu qeyd olunur.
İlkin və ikincili piylənmə qeyd olunur.
İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır.
İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır. İkincili piylənmələrdən isə ən çox rast gəlinən hipotalamik və endokrin növ piylənmələrdir.
Birincili piylənmə demək olar ki, bütün piylənmələrin 75%-ni təşkil edir. Bununla bərabər, birincili piylənmə də yerli və ümumi piylənməyə bölünür. Yerli piylənmə zamanı piy qatı lipoma şəklində müxtəlif yerlərdə dərialtında yerləşir.

Piylənmənin səbəbləri əsasən aşağıdakılardır:
-Normadan artıq yemək
-Azhərəkətli həyat tərzi
-Endokrin sistemin pozğunluqları
-Genetik konstitusiya

Piylənmənin nəticələri xoşagələn deyil,bu zaman müxtəlif xəstəliklər meydana çıxa bilər.
Ürək-damar sistemi xəstəlikləri, o cümlədən ateroskleroz, ürəyin işemik xəstəliyi, miokard infarktı, hipertoniya, hiperlipidemiya,tənəffüs sisteminin xəstəlikləri,oynaqların degenerativ xəstəlikləri,öd daşı xəstəliyi,onkoloji xəstəliklər,düz bağırsaq və yoğun bağırsağın xərçəngi, qadınlarda uşaqlıq, süd vəzi, yumurtalıq xərçəngi, kişilərdə isə prostat vəzin xərçəngi,proteinuriya,endokrinoloji pozğunluqlar,qan xəstəlikləri,dəri xəstəlikləri,psixoemosional pozğunluqlar,sonsuzluq
Göründüyü kimi, piylənmə estetik görünüşü korlamaqdan əlavə çox ciddi bir xəstəlik olub, kifayət qədər də çox ağırlaşmaları var.
Müalicə isə diaqnoz dəqiqləşdirildikdən sonra, səbəbi aşkarlamaq və aradan götürməklə aparılır. Səbəbi aradan götürməklə yanaşı, müalicə zamanı dietoterapiya, medikamentoz müalicə, lazım gələrsə, cərrahi müalicə də aparılır.

Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 065
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri