Psoriaz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 657
Səs ver:
(səs: 1)
Pullu dəmrov və ya psoriaz xəstəliyi— əsasən dərinin zədələnməsiylə müşahidə olunan mürəkkəb xronik qeyri-infeksion xəstəlikdir.

Hal-hazırda bu xəstəliyin autoimmun təbiətli olması güman edilir. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur.

Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkə zonasında xroniki iltihabın yaranması, limfosit, makrofaq və keratinositlərin proliferasiyası, həmçinin angiogenez prosesinin başlanması (yeni kiçik kapilyarların inkişaf etməsi, angiogenez nahiyəsində kapilyarların kövrəkliyinin artması /Auşpits əlaməti/) nəticəsində dəridə qabarma yaranır. Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır (parafin gölməçələri). Psoriatik ləkələr əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır (ekzema isə əksinə olaraq bu oynaqların daxili səthlərində olur). Buna baxmayaraq psoriaz əlin içi, ayağın altı və xarici cinsiyyət üzvlərindən başqa istənilən nahiyədə baş verə bilər. Amma onu da qeyd edək ki, bəzi psoriazlı xəstələrdə vizual olaraq heç bir əlamət aşkar olunmur.

Psoriaz xroniki xəstəlik olub dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir, bəzən də spontan sağalma müşahidə edilir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər, belə ki, psoriatik ləkələr kiçik lokal bir zonadan başlamış bütün bədən səthinə kimi hər yeri tutur. Nəinki dəri səthi hətta dırnaqlar da prosesə cəlb oluna bilər, bu zaman dırnaqların rəngi saralır, ağarır və ya bozarır (psoriatik onixodistrofiya), ya da tamamilə dırnaq sıradan çıxır (onixolizis). Bundan əlavə psoriatik artropatiya, yəni oynaqların psoriaz mənşəli zədələnməsi xəstələrin 10-15%-də rast gəlinir. Psoriatik spondilit zamanı isə prosesə fəqərələr də cəlb olunur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri