Arıqlamanın cərrahi üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 767
Səs ver:
(səs: 0)
Çəkinin azaldılması üçün bütün digər üsullar tükəndiyi halda cərrahi üsuldan istifadə edirlər. Əgər digər yolla çəkinin azaldılmasına ümid varsa, onda cərrahiyyə əməliyyatına getmək lazım deyil.

Çəkinin cərrahi yolla azaldılmasının bir neçə üsulu vardır. Məsələn, mədənin bir hissəsinin tikilməsi, mədənin bir hissəsinin kəsilməsi, mədənin daxilinə silikon balonun yerləşdirilməsi və s. Bütün bu əməliyyatların nəticəsində mədənin həcmi xeyli kiçilir, insan az miqdarda qida qəbul edəndən sonra toxluq hiss edir. Nəticədə insan arıqlayır.

Çəkinin cərrahi yolla azaldılmasının ən yayılmış üsulu - liposaksiyadır. Amma həkimlər liposaksiyaya çəkini azaldan əməliyyat kimi yox, bədən formasını yaxşılaşdıran əməliyyat kimi baxırlar. Məhz liposaksiya əməliyyatı, fiziki hərəkətlər və pəhrizlər üçün “çətin” hesab edilən yerlərdən - “qalife” nahiyəsi (budların xarici səthi), yanlardan (sağrı nahiyələri), gövdədən, baldır, diz oynaqları nahiyələrindən piyin təmizlənməsinə imkan verir.

Əməliyyat ümumi narkoz altında, əməliyyatın bədənin hansı hissəsində keçirilməsindən və çıxarılan piyin miqdarından asılı olaraq, adətən 30 dəqiqədən bir neçə saata qədər davam edir. Əməliyyat zamanı 2-5 mm ölçüsündə olan mikrokəsiklərdən dərialtı sahəyə əvvəlcə piyi “əridən” məhlul yeridilir, sonra isə bu piy nazik metal kateter (borucuq) və tozsoranı xatırladan vakuum nasosunun köməyilə sorulur. Bəzən əməliyyat zamanı dərinin artıq hissəsini də kəsmək və tikməyə ehtiyac olur. Bu onunla izah olunur ki, kök adamlarda dəri dartılmış olur, piylərin tez bir zamanda xaric edilməsindən sonra isə o sallanır.
Bu əməliyyata əks göstərişlər bunlardır: ürək və damarların ağır xəstəlikləri, diabet və s. Buna görə də əməliyyatdan qabaq pasiyent geniş şəkildə tibbi müayinələrdən keçirilir. Liposaksiya əməliyyatı qarında, döşdə, baldırlarda, kürəkdə, qollarda, dizətrafı sahədə, buxaq nahiyəsində, yanaqlarda edilə bilər.

Liposaksiya əməliyyatını yalnız bu sahədə böyük təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislərə etibar etmək olar. Əks halda, xoşagəlməz estetik fəsadlar ola bilər: dəridə çalalar, batıqlar və s. Cərrahın professionallığından başqa, əməliyyatın nəticəsinə qadının fərdi xüsusiyyətləri - onun dərisinin yığılma qabiliyyəti və s. də təsir göstərir.
Liposaksiyaya və ya xarici görünüşünüzü yaxşılaşdırmaq üçün başqa bir əməliyyata getdikdə, əməliyyatın sizə nə dərəcədə vacib olduğunu yaxşıca fikirləşin. Çünki istənilən əməliyyat riskdir və müəyyən ağırlaşmalar, əlavə effektlər də verə bilər.

Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri