Nikahdan əvvəl tibbi müayinə

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 10072
Paylaş:
Səs ver:
(səs: 3)
alt

Ailə və nikah sosial institut kimi bir çox funksiyaları yerine yetirir. Əksər tədqiqatçıların fikrincə, bunlardan ən mühümü reproduktiv funksiyalardır.

Reproduktiv hüquqlar insan hüquqlarının ayrılmaz hissəsidir. Bu, insan hüquqları sahəsində beynəlxalq standartlara əsaslanır və hər bir şəxsə nikah bağlamaq, məcburiyyət olmadan nəsil artırmaq məsələlərində sərbəst qərar qəbul etmək imkanı verir.
Cinsindən, irqindən, yaşından və dinindən asılı olmayaraq hər bir insanın reproduktiv və sosial sağlamlıq hüququ var.

Gələcək ailə cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil dünyaya gətirdikləri övladları barədə də fikirləşməlidirlər.
Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır.

Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib onun qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısını alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır.
Ailə həyatı qurmazdan əvvəl tibbi müayinə - tibb müəssisələrində həkim müayinəsi (psixoloq, narkoloq, dəri-zöhrəvi, vərəm və s.) və aidiyyatı üzrə analizlərin verilməsindən ibarətdir.

Nikahdan əvvəl kişilər üçün nəzərdə tutulmuş tibbi müayinələr:
Qan qrupu rezus faktor
Cinsi əlaqə ilə keçən xəstəliklər (QİÇS, hepatit B, hepotit C, xlamidioz, herpes, ureoplazmoz, sifilis və s.)
Spermoqramma
Talessemiya
Genetik xəstəliklər


Nikahdan əvvəl qadınlar üçün nəzərdə tutulmuş tibbi müayinələr:
Qan qrupu rezus faktor
Cinsi əlaqə ilə keçən xəstəliklər (QİÇS, hepatit B, hepotit C, xlamidioz, herpes, ureoplazmoz, sifilis və s.). Onu da qeyd edək ki, manikur, pedikur vasitələrindən də qana xəstəlik keçməsi mümkündür.
Toksoplazmoz, sitalomeqalovirus və s.
Talessemiya
Genetik xəstəliklər
Ağ ciyərin ümumi rentgen müayinəsi
Qadın cinsiyyət orqanların ultrasəs müayinəsi


Tibbi arayış:
Nikahdan əvvəl alınması nəzərdə tutlan tibbi arayış – ailə həyatı qurmaq istəyən insanların tibbi sağlamlığı haqqında bir sənəddir.

Tibbi arayış dövlət və özəl tibb muəssisələrində təsdiq edilə bilər. Tibbi müayinə insanların onlara bəlli olmayan xəstəliklərin (vərəm, sonsuzluq, QİÇS, psixi, dəri-zöhrəvi və s.) üzə çıxmasına imkan verir. Ailə quracaq insanların bir-birirnin səhhəti barədə tam məlumatı olmalıdır. Yalnız məlumat əldə etdikdən sonra ailə həyatı qurub-qurmamaq barədə şüurlu surətdə qərar çıxardıla bilər. Gələcək nəsilin taleyi dünyaya gələcək övladın fiziki və əqli cəhətdən sağlam olmasından asılıdır.

Nikaha daxil olan şəxslərin tibbi müayinəsi.

Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Nikaha daxil olan şəxslərin biri özündə dəri-zöhrəvi xəstəliyinin və insan immunçatışmazlıığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

(AR Ailə Məcəlləsi maddə 13)

Yaranacaq problemlərin qarşısının alınması üçün sağlam həyat tərzini seçin, dünyaya gələcək uşaqların səhhətini fikirləşin, nikah qurmağa məsuliyyətlə yanaşın!

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 10072
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook