Dişlərimin rəngini niyə qorumalıyam?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 653
Səs ver:
(səs: 0)
alt

Hər zaman gözəl və parlaq bir gülüşə sahib olmaq istəyirsiniz, amma dişləriniz qəhvə, çay, kola və ya başqa səbəblərdən zaman keçdikcə sararır. Dişlərinizi ağartmaq istəyinizin səbəbi nə olursa olsun, artıq yalnız deyilsiniz.

Fərqli saç və dəri rənglərinə sahib olduğumuz kimi, diş rənglərimiz də fərqli olur. Bəzi dişlər digərlərindən daha sarı ikən, bəziləri isə yaşlandıqca saralır. Təbii diş rənginiz isə bir çox faktorlardan təsirlənir.

Səth ləkələri və daxili saralmanın səbəbləri bunlar ola bilər:
  • Təbii yaşlanma müddəti
  • Tütün istifadəsi, qəhvə, çay, kola və ya qırmızı şərab içmək və albalı, böyürtkən kimi yüksək piqmentli qidalar yemək
  • Ərp qatının yığılması
  • Dişlərinizə "xallı” görüntü verən, dişləriniz formalaşanda həddindən artıq ftorid qəbulu
  • Uşaqlıq dövründə antibiotik tetrasiklin müalicəsi
  • Dişlərdə qəhvəyi, boz və ya qara rəngi əmələ gətirə biləcək travma
Dişlərinizi ağartmaq üçün bir çox səbəblər vardır, bunlardan bəziləri bunlardır:
  • Gözəl bir gülümsəmə ilə özünüzə olan inamın artması
  • Daha gənc görünmə
  • Toy, iş görüşməsi kimi xüsusi vəziyyətlər
  • Başqlarında sizə qarşı ilk müsbət təəssürat oyatmaq
  • İllərdir davam edən ləkələr və saralmanı əvvəlki vəziyyətinə qaytarmaq
Hər hansı ağartma əməliyyatına başlamazdan əvvəl həkiminizlə məsləhətləşin, çünki müalicə üçün uyğun namizəd olub olmadığınızı sadəcə diş həkiminiz qiymətləndirə bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri