Hər gecə yuxusuz

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 1 957
Səs ver:
(səs: 0)
Neçə tip yuxusuzluq var?
3 tip yuxusuzluq var. Bunlardan ilki keçici yuxusuzluqdur. Bu otel otağı, yoldaş evi kimi vərdişkar olunmayan mühitlərdən ya da imtahan, iş görüşməsi kimi gərginlik yaradan vəziyyətlərdən ortaya çıxar. İkincisi qısa davamlı yuxusuzluq ki, bu xəstəlik, gərginlik yaradan bir hadisə sonrası ortaya çıxar və 1-4 həftə içində səbəbin ortadan qalxmasıyla düzələr. Bu kəslərdə yuxusuzluq uzun davamlı hala çevrilə bilər. Son olaraq uzun davamlı yuxusuzluq... Aylarla çəkər, bu kəslərin bir mütəxəssis həkim tərəfindən qiymətləndirilməsi, müalicə olması lazımdır. Ümumiyyətlə psixoloji-psixiatrik pozğunluqlar, narahat qıç sindromu kimi yuxu pozğunluqları, Alzheimer, Parkinson xəstəliyi kimi dejeneratif beyin xəstəlikləri səbəb olar.

Yuxusuzluq nələrə gətirib çıxarar?
Yuxusuzluq gün içində baş ağrısı, diqqət və konsentrasiya azlığı, narahatlıq, əsəbiləşməyə gətirib çıxarar. İnsan depresif və əsəbi olar.

Müalicə variantları nələr?
Əvvəlcə melatonin dəstəyi kimi sadə müalicələr sınanar. Bu həm yuxunun formasını düzəldər, insanın yuxuya getməsini asanlaşdırar həm də demans olan xəstələrdə yuxusuzluğun səbəb olduğu təsirləri ortadan qaldıra bilər. Şərtləri təmin etdikdən sonra xəstəyə təsbit edilən səbəbə istiqamətli müalicə tətbiq olunar. Xəstədə depressiya təsbit edilmişsə buna istiqamətli müalicə edilər. Əgər narahat qıç sindromu danısı olsa bu vəziyyətin uyğun şəkildə, dərman və ya digər üsullarla, müalicə edilməsi şikayətlənməyi ortadan qaldırar. Diş sıxması səbəbiylə yata bilmirsə bu müalicə edilməlidir.

Müalicədə ən əhəmiyyətli addım, yuxu gigiyenasını yəni rahat yata bilmək üçün uyğun şərtləri təmin etmək ki bunun üçün tövsiyələr belədir:

Çay, qəhvə kimi kafesinli içkilərdən qaçmalı.
Hər vaxt eyni saatlarda yatmağa diqqət edilməli. Yuxu nizamını nəzarət etmək üçün yuxu gündəliyi tutula bilər.

Gündüz və ya axşam yeməyindən dərhal sonra yatmamalı.

Gün içində fiziki fəaliyyət artırılmalı.

Yataq otağı, oturma otağı kimi istifadə edilməməli, məsələn: yataqda kitab oxuma, televizora baxmaq, yemək yemə kimi vərdişlərdən imtina edilməli.

Yatılan yer sərin və qaranlıq olmalı, ventilyasiyası yaxşı olmalı, hava nəmli olmalıdır.

Yuxusu qaçan adam yataqdan qalxıb kitab oxuma, musiqi dinləmə kimi rahatlaşdırıcı bir fəaliyyət sonrası yuxusu gəlincə təkrar yatağa dönməlidir. Yataqda dönməməli. Çünki yataqda saatlarla gözləmək narahatlığı və qayğını artıracağından yuxuya getmək mümkün olmaya bilər.

Gecə yata bilmədiyinizdə gündüz yatmamalı, sonsuz dövrü qırmaq üçün səhər erkən bir saatda qalxıb gecə yatma saatına qədər oyanıq qalmağa çalışılmalı.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri