Boyun ağrısının səbəbləri

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 435
Paylaş:
Səs ver:
(səs: 0)
Boyun ağrıları bir çox insanı narahat edir. Belə ağrılar müxtəlif səbəblərə görə inkişaf edir.
Həmin səbəblərdən bir neçəsini təqdim edirik:
– Əzələlərin həddən artıq gərgin olması (mialgiya). Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzələlərində gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir.
Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir – boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri “boşaldır” və ağrılardan xilas edir.
Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən biridir. Bu, ciddi xəstəlikdir. Xəstəlik onurğada mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edir. Fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələrarası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu da ağrılara səbəb olur. Ağrı dartıcı xarakter daşıyır, insan başını çevirdikdə ağrı artır. Xəstəliyin risk faktorları arasında: azhərəkətli həyat tərzi, streslər, travmalar, ağır yükləmələr və s. İrsiyyət də burada böyük rol oynayır – əgər sizin yaxın qohumlarınızda osteoxondrozdan əziyyət çəkənlər varsa, sizdə bu pozulmanın inkişafının riski artmış olur.
– Fəqərələr arası yırtıq. Bu, osteoxondrozun nəticəsindir. Nazilmiş fəqərəarası disk yırtılır və onun işərisində olan nüvə çölə çıxaraq fəqərələr arasında sıxılır. Bu patologiya zamanı ağrı boyunda və kürəkdə hiss olunur. Digər simptomlar arasında – qollarda keyimə, baş ağrıları.
– Nevralgiya. Ənsə sinirinin zədələnməsi də boyun ağrılarına səbəb ola bilər. Bu pozulma bir çox hallarda ənsə nahiyəsinin soyuqlaması, boyun osteoxondrozu, travma və s. nəticəsində inkişaf edir. Ağrı ənsədən boyuna, qulağa, gözlərə yayılır. Ağrı çox güclü olur və insan başını çevirəndə daha da güclənir. Nəticədə xəstə başını bir daim vəziyyətdə saxlamağa çalışır.
– Miozit – əzələlərin iltihabı. Bu pozulma infeksion xəstəliklər (angina, qripp), soyuqlamalar, travmalar nəticəsində inkişaf edə bilər. Bir çox hallarda miozitin səbəbi adi yelçəkən olur. Xəstə başını çevirə bilmir, boyun sanki “donur”. Ağrı boyunun bir hissəsində hiss olunur, qulaqlara, çiyinlərə yayılır.
– Stresslər. Güclü stress sinirlərin tonusunu artırır, nəticədə əzələlər də sıxılır və insan boyun nahiyəsində ağrı hiss edir.

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 435
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
osteoxondroz netigesinde cox vaxt bu cur hallar olurki beyine qan getmir boyun quruyur tezyiq qalxir

osteoxondroz netigesinde cox vaxt bu cur hallar olurki beyine qan getmir boyun quruyur tezyiq qalxir
18 noyabr 2016 19:34
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
arada olur mende . twkler
18 noyabr 2016 15:02
3
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Online
Totu
Mənim də boynum agriyir. Məlumat üçün təşəkkür..
18 noyabr 2016 08:35
2
Offline
BARBI
Menim boynum ve ciyinlerim hessasdir.Biraz soyuq deyse o deqiqe agriyir
18 noyabr 2016 06:24
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv