Qrip haqqında doğrular və səhvlər

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 927
Səs ver:
(səs: 0)
1.Səhv: Qrip sadə bir xəstəlikdir.
Doğrusu: Soyuq dəymə ayaqda daha yüngül sovuşdurula bilərkən, girib daha ağır və qızdırmalı olaraq seyr edir. Ayrıca uşaqlarda, yaşlılarda və ağciyər xəstəliyi kimi xroniki xəstəliyi olan xəstələrdə bronxit, sinüzit, qulaq infeksiyası və sətəlcəm kimi komplikasyonlara yol aça bilir, hətta ölümcül ola bilir.

2.Səhv: Qrip peyvəndləri qripə gətirib çıxarar.

Doğrusu: Cəmiyyətdəki məşhur inanışın əksinə qrip peyvəndləri qripə gətirib çıxarmır. Qrip peyvəndi ölü peyvənd olduğu üçün infeksiyanın inkişaf riski olmur. Ancaq aşının edildiyi mövsüm "soyuqdəymə" olaraq adlandırılan sadə viral infeksiyalarının tez-tez olaraq yaşandığı bir dövr. Bu səbəblə kəslər soyuqdəyməyə tutulduqlarında qrip olduqlarını düşündükləri üçün burun axıntısı və halsızlıq kimi şikayətlənmələrinə qrip peyvəndlərinin səbəb olduğunu düşünür.

3.Səhv: Qrip olduğumda uşağımı əmizdirə bilmərəm.
Doğrusu: Dərhal hər ana qripə tutulduğunda, xəstəliyini uşağına bulaşdırar düşüncəsiylə əmizdirməkdən imtina edə bilir. "Halbuki sanılanın əksinə analar qrip olduqlarında uşaqlarını əmizdirməlilər." deyən İnfeksiya Xəstəlikləri Mütəxəssisi Dr. Sezən Özkök bunun səbəbini belə izah edir: "Sanılanın tam tərsinə ana südü qripə qarşı təbii anticisimlər ehtiva etdiyi üçün körpəyə təbii immunitet təmin edir. Ancaq əmizdirən analar qrip və ya soyuqladıqlarında uşağına həm tənəffüs yoluyla həm də əl təmasıyla bu virusu bulaşdıra bilir. Bu səbəblə xəstə olan anaların maska istifadə etmələrinin yanında körpəsiylə təmas əvvəlində tez-tez əllərini yumaları çox əhəmiyyətli"

4.Səhv: Peyvənd olduqda əsla xəstələnmərəm.
Doğrusu: Qrip peyvəndi xəstəliyi 100% önləyə bilmir. Peyvənd qrip olma riskini azaldır və xəstə olunsa belə təsirlərinin daha az hiss edilməsini təmin edir. Hər il Dünya Sağlamlıq Təşkilatının öndərliyində epidemiya etməsi gözlənilən viruslara qarşı peyvənd hazırlanır. Bu səbəbdən peyvənd, içərisində olmayan və digər epidemiya edən viruslara qarşı təsirli olmadığı üçün bu viruslar bulaşdığı təqdirdə adam xəstələnə bilir. İnfeksiya Xəstəlikləri Mütəxəssisi Dr. Sezən Özkök qrip peyvəndi olduqdan sonra peyvəndin təsirini göstərə bilməsi üçün 2- 3 həftəlik müddətə ehtiyac olduğunu ifadə edərək, "Bu dövr içində adamın virusla qarşılaşması halında anticisim cavabı meydana gəlməməsi səbəbiylə xəstəlik inkişaf edə bilir. Buna görə aşının payız dövrünün başlarında, epidemiyalardan əvvəl edilməsi əhəmiyyətli." deyir.

5.Səhv: Maska taxdığımda qripdən qorunaram.

Doğrusu: Qrip virusu havadakı damlacıqların yanında əllərimizlə təmas yoluyla da bulaşa bilir. Bu səbəbdən xəstənin istifadə etdiyi telefon, mouse və qapı qolları kimi ortaq istifadə edilən əşyalarla ya da qucaqlaşmaqla kəslərin bir-birlərinə təmas etmələri nəticəsi xəstəlik keçə bilir. Bu səbəblə xəstə kəslərin bu dövrdə tez-tez əllərini yumaları ayrıca əhəmiyyət daşıyır.

6.Səhv: Xəstə kəslərdən uzaq qalmaq məni hər vaxt qoruyar.
Doğrusu: Bəzi xəstələr qripə tutulduqları halda hələ şikayətlənmələri başlamaması səbəbiylə virusu bulaşdıra bilirlər. Bu səbəbdən qripdən qorunmaq üçün xəstə kəslərdən uzaq qalmanın yanında peyvənd etdirmək və əlləri də tez-tez yumaq lazımdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri