Təmiz havada olmaq uşaqların görmə qabiliyyətini gücləndirir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 662
Səs ver:
(səs: 0)

 

Böyük Bitaniya alimləri aşkar ediblər ki, uşaqların açıq havada yetərincə olmaları uzağı görməmə xəstəliyinin əmələ gəlmə riskini aşağı salır


Kembric universitetinin əməkdaşları, iştirakçıların sayı 10000 –ni ötən uşaqların görmə qabiləyyətini tədqiq edən 8 tədqiqatın məlumatlarını analiz ediblər. Analizin nəticələrinə görə, uzaq məsafəni pis görən uşaqlar, uzaq məsafəni yaxşı görən uşaqlarla müqayisədə həftədə 3.7 saat az havada olurlar. Belə ki, həftə ərzində havada keçirilən əlavə saat uzağı görməmə xəstəliyininin əmələ gəlmə riskini 2% azaldır.

Bu xəstəliyin dəqiq səbəbi hələ məlum deyil. Lakin tədqiqatın rəhbəri Castin Şeruin (Justin Shewrin) gəzinti zamanı görmə qabiliyyətinə müsbət təsir göstərən faktorlar arasında uzaq məsafədə yerləşən əşyalara nəzər salmaq və fiziki aktivliyi məsləhət görüb.

Alim həmçinin qeyd edib ki, uşaqların havada vaxt keçirmələri balanslaşdırılmış olmalıdır. Məlum olduğu kimi, birbaşa günəş şüaları altında ultrabənövşəyi şüalanma melanoma (dəri xərçəngi) xəstəliyinin əmələ gəlmə faktorudur.

 

 Eyni zamanda balanslaşdırılmış gəzintilər uzağı görməmə xəstəliyi ilə yanaşı, piylənmənin, şəkər xəstəliyinin, D vitaminin çatışmazlığı və sair xəstəliklərində qarşısını alır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri