İdmanda zədələnlərə ilk yardım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 580
Səs ver:
(səs: 0)
Zədə və ya əzələ dartılması, hətta oynaq birləşmələrinin dartılması baş verdikdə nəyi etmək vacibdir?

Bütün dünyada idman zədələrinin müalicəsinin təməl daşı RİCE-therapy sayılır.

R – rest (sakitlik)
İ – ice (buz)
C- compression (təzyiq)
E – elevation (qaldırılma)

Bu metodla müalicə zədə baş verdikdən dərhal sonra həyata keçirilməlidir. Yadda saxlayın – zədə aldıqdan sonrakı ilk 20-30 dəqiqə ərzində və sonra tətbiq edilən RİCE, idmançının bir neçə gün və ya hətta bir neçə həftə tez sıraya dönməsinə kömək edə bilər.

Sakitlik

Ağrı hiss edən kimi dərhal məşqi dayandırın, çünki, yükləmələrin davam etdirilməsi zədələnmiş sahənin vəziyyətinin mütləq daha da pisləşməsinə səbəb olacaq. Əzanın ilk 3 gün ərzində immobilizasiyası məsləhət görülür (oynaqları fiksə edən brace vurulması).

Buz
Müalicənin növbəti mərhələsi krioterapiyadır – zədəli yerin soyudulması. Soyuğun tətbiq edilməsi iltihab prosesini xeyli dərəcədə azaldır, şişi, ağrı hisslərini azaldır, zədəli sahəni əhatə edən toxumalarda oksigen sərfiyyatını aşağı salır ki, bu səbəbdən zədə zonasının ətrafındakı hüceyrələr yaşaya bilərlər, bu da nekroz sahəsini və toxumaların kobud qaysaqlanmasının yaranmasını azaldır.

Fövqəladə hallarda, dərinin sağlam olması şəraitində, zədəli sahədən 20-30 sm məsafədən, 5-8 dəqiqəlik olmaqla bir neçə dəfə soyuqverici spreydən (coolant cold spray) istifadə edin.

Krioterapiyanı metodunun ən geniş yayılmış forması zədələnmiş yerə buz paketinin qoyulmasıdır. Mərkəzdə mütləq bir az isladılmış dəsmal olmalıdır ki, dərinin üst qatının don vurmasına yol verilməsinin. Adi buzdan əlavə birdəfəlik kimyəvi buzlardan da istifadə etmək olar ki, hermetik paketlərdə istehsal edilir və yüngül zərbədən sonra soyutmağa başlayır (cold pack). Çiyin, bazu önü və baldırlar üçün əvvəlcədən dondurulmuş sərinləşdirici lentdən (muellerkold wrap) istifadə etmək rahatdır, pəncə-daban oynaqlarının dartılması halında isə xüsusi sərinləşdirici fiksatordan (cold therapy gel brace) istifadə edilir.

Soyuq 20-30 dəqiqə ərzində 45 dəqiqəlik fasilərlə ilk sutka ərzində və 20 dəqiqəlik olmaqla 1-2 saatlıq fasilərlə sonrakı iki gün ərzində tətbiq edilir. Krioterapiyanın müddəti zədələnmə yerindən asılı olmaqla dəyişir, məsələn, diz və pəncə-daban oynaq birləşmələri üst qata yaxın yerləşir, buna görə də onların soyudulması üçün daha az vaxt tələb olunur, nəinki bel əzələlərinin zədələnməsi zamanında.

Təzyiq
Zədəli zonada şişin azaldılması üçün sarğı şəklində təzyiqdən istifadə edin. Erkən bintləmə toxumaların stabilləşməsinə yardım edir və mikro qanaxmaları azaldır. Sarğı qoyularkən əsas qaydaları yaddan çıxarmayın – ilk turu zədədən 3-4 sm aşağıdan başlayın və spiral üzrə örtən dövrələrlə yuxarıya doğru hərəkət edin, dərinin rəngini, hərarəti və sarğıdan aşağıda olan sahənin hissetməsini yoxlayın ki, sinir və arteriyaların həddən artıq sıxılmadığına əmin olasınız. Təzyiqin göstərilməsi zədədən dərhal sonra və ilk sutkalar ərzində daha aktual olur.

Qaldırma
Zədə yerini ilk iki gün ərzində qanaxmanın azalması və toxumaların şişinin yatması məqsədi ilə yuxarı qaldırılmış vəziyyətdə saxlançması çox mühümdür. Ayaqlar üçün hündür yastığın, əllər üçün isə xüsusi sarğının istifadə edilməsi daha rahatdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri