Körpələrdə Diatez xəstəliyi

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 5 468
Səs ver:
(səs: 0)
Körpələrdə Diatez xəstəliyi Diatez sözünün hərfi mənası meyillilik deməkdir ki, bu orqanizmin anadangəlmə və ya qazanılmış xüsüsiyyətidir.Uşaqların çoxu lap körpə vaxtlarından diatez adlanan xəstəlikdən əziyyət çəkirlər.

Qabıq verən qırmızı yanaqlar və qol büküşləri,qızarmış qaşlar- diatezin əsas təzahürləridir.Diatez körpənin bədəninin hər nahiyəsində özünü göstərə bilər.Lakin diatez ayrıca dəri xəstəliyi deyil, bir sıra xəstəliklərə meyldir.Buna görə də sağaltmaq çətin olsa da dəqiq diaqnoz qoyulduqda xəstəliyi sağaltmaq mümkündür.
Diatezlər fərqli olur. 3 növ diatezə daha çox rast gəlinir.

Eksudativ-kataral və ya allergik diatez: Allergiya və iltihabi xəstəliklərə meyl.
Eksudativ-kataral diatezin əsas xüsusiyyəti ondan ibarətdir ki, allergik xəstəliklərə meyl zamanı uşağa həkim yox, məhz valideynlər kömək edə bilir.
Limfatik-hipoplastik diatez: İnfeksiya və alergik xəstəliklərə meyl,qalxanvari vəzinin funksiyasının pozulması,limfa düyünlərinin patologiyası.
Sinir-artrit diatezi: Piylənməyə,şəkərli diabetə,ateroskleroza,hipertoniyaya,oynaq iltihabına,yüksək əsəb oyanıqlığına meyl. Körpənin dərisi onun orqanizminin carçısıdır,yəni orqanizmə düşən hər hansı maddələr sorulmursa, bağırsaqda həzm oluna və ya qara ciyərdə neytrallaşdırıla,yaxud böyrək və ağciyərlərin vasitəsilə ifraz oluna bilmirsə,sonradan həmin maddələr səpgilərə çevrilir.

Əgər uşağın hər hansı ərzağa allergik reaksiyası varsa,onu ləngimədən uzun müddətə uşağın qida rasionundan çıxarmaq lazımdır.
Allergiyanın digər səbəblərindən biri də "gigiyenik hipotezdir”,yəni müasir yaşayış məskəninin yüksək sterilliyi müxtəlif allergik xəstəliklərin inkişafına yardım edir.
Övladınızın allergiya ilə üzləşib üzləşməyəcəyi ən çox biz analardan asılıdır.

Bunun baş verməməsi üçün aşağıdakı tövsiyyələrə əməl edin:

1. Süd verərkən ciddi pəhrizə riayət edin.Süd yox kefir-qatıq için, qənd, bal, acı, qızardılmış və qaxac edilmiş ərzaqları sitrus və şux rəngli meyvələri yeməyin.
2. Hər gün uşağın otağını nəm əski ilə silin.
3. Altı ayından əvvəl heç bir əlavə qida verməyin.Əgər allergiya varsa,dəridə səpgi peyda olubsa ciddi tədbir görmək lazımdır.İlk növbədə uşağı allerqoloqun yanına aparmaq lazımdır.
4. Gündəlik tutun,hər gün qeydlər aparın:Nə yediyinizi hansı temperaturda gəzişdiyini, uşağın yemək və havaya münasibətini,onun nəcisi barədə məlumatı qeyd edin. Bu zaman uşağın nəyə reaksiya verdiyini asan müəyyən edə bilərsiniz.
5. Allergenlərə qarşı qan analizini 3 yaşından sonra vermək məsləhətdir.
6. Disbakterioz üçün analiz verin və onu müalicəı edin.
7. İmmunoloq ilə yanaşı qastroenteroloq ilə də məsləhətləşin.
8. Əlavə qidalara başlayanda südsüz sıyıqlardan,mannı,balıq, yumurtadan uzaq olun,şəkəri məhdudlaşdırın, süd qatışığını da kəmşirin edin.İnək südünə fikir verin.
9 .Kəskinləşmələr zamanı uşağa aktivləşdirilmiş kömür verə bilərsiz.(Çəkisinin hər 10 kq-na 1 həb)
10. Dərisi qaşınan su verən uşağı çimizdirərkən suya pişikdili(çereda),çobanyastığı dəmləməsi,dəri qabıqlanan zaman isə soyuq suda əridilmiş nişasta əlavə etmək lazımdır.
11. Dəri səpgilərinə meyilli uşaq üçün mühüm məqam-uşaq otağındakı nəmliyin səviyyəsidir.
Hər bir halda həkim məsləhəti olmadan özbaşına körpənizi müalicə etməyə çalışmayın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri