Kalsium çatışmazlığının əlamətləri

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 3 393
Səs ver:
(səs: 0)
Yuxuda əzələləriniz sıxılır?

Kalsium çatışmazlığı yatarkən ayaqlarınızda əzələlərin sıxılmasına səbəb ola bilər. Gecə yatmadan əvvəl bəzi idman hərəkətləri ilə əzələ sıxılmalarının qarşısını ala bilərsiniz.

Dişləriniz çürüyür?
Deyerler.org bildirir ki, bədəninizdə olan kalsiumun 99% -i sümük və dişlərinizdə saxlanılır. Kifayət qədər kalsium qəbul etmədiyinizdə bədəniniz həmin kalsium mənbələrindən istifadə edir. Dişlərinizdəki kalsium səviyyəsinin azalması diş çürüməsinə səbəb olur.
Aparılan araşdırmalara görə gündə 500 milliqramdan (təxminən bir kasa qatıq) daha az kalsium istehlak edən kəslərdə, dişəti çəkilmə xəstəliyinin görülmə riski iki qat daha çoxdur.

Dırnaqlarınız qat-qat soyulur?
Diş və sümüklər kimi əl və ayaq dırnaqlarınızın da kalsiuma ehtiyacı vardır. Dırnaqlarınız zəif və incə görünürsə, kifayət qədər vitaminli qidalar istehlak etmirsiniz deməkdir.

Kalsium baxımından zəngin qidalar: Süd, qatıq və pendir kimi kalsium baxımından zəngin qidalar, ispanaq kimi yaşıl tərəvəzlər və ya əlavə vitamin qəbulu ilə kalsium istehlakını artıra bilərsiniz.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri