Söyüd qabığı revmatizmin müalicəsində ən yaxşı vasitədir

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 693
Səs ver:
(səs: 1)
Revmatizm ürək-damar sisteminin birləşdirici toxumasını zədələyən infeksion xəstəlikdir, adətən tonzillit və faringitin ağırlaşması kimi meydana çıxır, onun ilk əlamətləri 5 yaşdan 15 yaşa qədər olan dövrdə özünü göstərir.

Profilaktik tədbirlər görülməyəndə xəstəlik residivləşə bilər.

Revmatizm kəskin anginadan təxminən üç həftə sonra başlayır. Parasels adı ilə məşhur olan orta əsr təbibi Teofrast fon Hohenheym öz təcrübələrində söyüddən hazırlanan preparatların yaxşı nəticə verdiyini müşahidə edib. Erkən yazda yığılan söyüd qabıqlarının tərkibində salisil turşusu xəstəliyin müalicəsində çox əhəmiyyətlidir. Bundan başqa qara gəndalaş, quşqonmaz, gördəvər, buynuzbaş bitkilərinin kökündə də salisilat və steroid maddələr var.

Xəstəliyin müalicəsində bir sıra xalq təbabəti üsullarından istifadə olunur. 1 stəkan suda 1 çay qaşığı xırdalanmış söyüd qabığı 15 dəqiqə ocaqda qaynadılır, 1 saat dəmə qoyulur, gündə 4 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.

Hərəsindən 1 çay qaşığı söyüd və sabunotu qabığının tozu 2 stəkan suda 10 dəqiqə qaynadılır, 1 saat dəmlənir və süzülür, üzərinə yarım stəkan itburnu dəmləməsi əlavə edilərək gündə dörd dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.

1 xörək qaşığı ardıc meyvələri 1 stəkan spirtdə saxlanılaraq ağrılı nahiyələrə sürtülür.

1 xörək qaşığı xırdalanmış təzə kərəviz kökləri 2 stəkan suda 4 saat dəmlənir, gündə üç dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.

1 xörək qaşığı xırdalanmış qara qarağat yarpaqları 2 stəkan suda dəmlənərək gündə üç dəfə yarım stəkan qəbul edilir.

Toz halına salınmış atşabalıdı meyvələri kamfora yağı ilə qarışdırılır, 1 dilim çörəyin üzərinə nazik qat şəklində yaxılır və ağrılı nahiyələrə yapışdırılır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri