Siqaretin ziyanı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 203
Səs ver:
(səs: 1)
Artıq hamı siqaretin nə qədər ziyanlı olduğunu bilir. Lakin, bəlkə heç olmazsa bir nəfərin bu zəhərdən qurtulacağı ümidi ilə təkrarçılığa yol verməməsini istərdim.
Tütünün ziyanlı olduğunu eşitməyən, bilməyən qalmayıb. Ancaq, siqaretin zərərləri bununla qurtarmır, hər çeşid ürək və ağciyər xəstəliyinə yol açır, damar tıxanıqlığı iflicə qədər apara bilir. İlk nəfəs... və Siqaret çəkdiyiniz anda, orqanizminizə təsir etməyə başlayır. Nəbziniz yüksəlir, daha sürətli nəfəs alıb verməyə başlayırsınız. Qan dövranınız yavaşlayır. Siqaretin içində təxminən 3700 zəhərli maddə vardır. Bunların böyük bir miqdarı kanserogen maddələrdir. Ən zərərliləri də karbon-oksid (CO), hidrogen-sianid (HCn) və ammonyakdır (NH4). Bu zəhərli, kimyəvi maddələr bir nəfəs siqaretlə qan dövranımıza qarışır. Bunun nəticəsində, astma, ciyər yanğısı, döş qəfəsində ağrılar başlar.

Daha tez-tez qrip və soyuqdəymə keçirməyə səbəb olar.
Hər 13 saniyədə bir insan siqaretlə bağlı bir xəstəlikdən həyatını itirməkdədir. Hər il dünyada 2.500.000 insan siqaret üzündən həyatını itirməkdədir. Bu ölümlərin əsas səbəbi ağciyər xərçəngidir, ikinci növbədə isə ürək xəstəlikləri və digər xərçəng növləridir.
İnsan vücudunda, heç bir üzv və orqan yoxdur ki, siqaretdə olan kimyəvi maddələrdən payını almasın. Siqaret çəkəndə ağız xərçənginin yaxalanma riski çox yüksəkdir. Bundan başqa tütün dumanı diş əti xəstəliklərinə yol açır, diş çürüməsinə və nəfəsinizdən pis qoxunun gəlməsinə səbəb olur. Beyinə gedən oksigendə azalma olur, bu da beyin damarlarının daralmasına səbəb olur.

Bu vəziyyət insanı iflicə qədər aparıb çıxara bilər.
Son illərdə tütünün tərkibində donuz piyinin olması da aşkarlanmışdır. Beləliklə, siz özünüzü həm harama, həm də növbəti mikrob mənbəyinə sürükləmiş olursunuz.
Yetkinlik dövrlərində oğlanlar bəhsə-bəhs edərək, sanki "kişiliyə doğru addım" atmaq idealogiyası ilə siqaretə əl atır və aludəçisinə çevrildikləri halda bu zəhərdən bir də ayrıla bilmirlər. Və ya bir çoxları bunu dərdlərini unutduracaq mənbə hesab edirlər. Halbuki, bu çox yalnışdır.
Son olaraq siz Allahın verdiyi cana qəsd etmiş olursunuz, özünüzün mülkünə deyil. Əmanətə xəyanət etməyin!!!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri