Yoğun bağırsaq xərçəngi. 4 TƏHLÜKƏLİ SİMPTOM

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 832
Səs ver:
(səs: 1)
Hal hazırda yoğun bağırsaq xərçəngi süd vəzi və ağciyər xərçəngindən sonra 3-cü ən yayılmış onkoloji xəstəliklərdən biri sayılır.

Son zamanlar bu xərçəng növü xeyli "cavanlaşıb" və tez-tez 40 yaşdan cavan olan insanlarda aşkar olunur.

Xəstəliyin ilk mərhələlərində yoğun bağırsaq xərçəngi uğurla müalicə olunur. Lakin təəssüf ki, ilk mərhələlərdə bir çox digər xərçəng növləri kimi yoğun bağırsaq xərçəngi də özünü çox cüzi simptomlarla büruzə verir. Sağlamlığına qarşı daim diqqətli olan insan bu simptomları hiss edə bilər və vaxtında həkimə müraciət etməklə sağlamlığını və həyatını xilas edə bilər.

Sizə yoğun bağırsaq xərçənginin ilk 4 simptomunu təqdim edirik.

1.
Defekasiya zamanı çoxlu qan ifrazı. Nəcis kütləsi yoğun bağırsaqdan keçdikdə şişi zədələyir ki, nəticədə qan ifraz olunur. Nəzərə almaq lazımdır ki, qanın ifrazının səbəbi babasil və bağırsaq çatı da ola bilər. Lakin hər halda müayinədə keçmək yaxşı olar.

2. Tez-tez təkrarlanan qəbizlik. Bağırsağın daxilində inkişaf edən şiş nəcis kütləsinin bağırsaqdan rahat çıxmasına mane olur. Əgər sizdə buna heç bir səbəb olmadan (adi qidalanma, həyat tərzi və s.) birdən-birə qəbizlik inkişaf edibsə, bu çox ciddi simptom sayıla bilər.

3. Qarının aşağı hissəsində ağrılar və güclü spazmlar.

4. Nəcis kütləsinin formasının dəyişilməsi (nazik, "karandaş" kimi olur). Bu da çox ciddi simptomdur. Şiş bağırsağı daraldır ki, nəcis kütləsi də nazik olur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri