Xoşbəxt ailəyə sahib olmanın sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 002
Səs ver:
(səs: 0)
Xoşbəxt ailəyə sahib olmanın sirləri

Yaxşı evliliyin sirlərinin nədən ibarət olduğunu bilirsinizmi?

  Hamı nağıllardakına bənzəyən və sonsuza qədər xoşbəxt sürən evlilik xəyalları qursa da, edilən seçimlər heç də həmişə istənilən nəticəni vermir. 

Ailə məsləhətçisi Serhat Yabancı evliliklərdəki yoldaş seçimlərində ümumi qəbul olunan nəzəriyyələrin arasında 3 təməl meyar olduğunu söyləyir: Tamamlayıcılıq, bənzərlik və ziddiyyət qanunu.

Bu 3 meyardan “ziddiyyət qanunu” həyatını maraq, həyəcan və fərqlilik üzərində quran kəslərin seçimi olaraq bilinir.

Tamamlayıcılıq qanununda isə şəxs həyat yoldaşı seçimində üstünlükləri özündə olmayan xüsusiyyətlərə sahib namizəddən yana istifadə edir. Bu, evliliklərdə bütün ola biləcək və lazımlı addımları atmaq adına doğru seçki olaraq qiymətləndirilir. Bununla bahəm bu tip evliliklər də hər vaxt kafi olmur və tamamlandığı düşünülən istiqamətlərdə çatışmazlıqlar ortaya çıxa bilir. Serhat Yabancı “məntiqi evliliklər”in bunun bir nümunəsi olduğunu bildirir.

Şəxsin öz mədəniyyətinə, inancına, təhsil və iqtisadi səviyyəsinə uyğun namizədlə evlənməsi hər kəs tərəfindən dəstəklənilən bir seçim olaraq görülür.

Bu baxımdan bənzərlik qanunu ən uyğun evlilik növü olaraq diqqət çəkir. Namizədlərin peşələri, doğulub böyüdükləri torpaqlar, düşüncə tərzləri, hətta boylarının uyğunluğu belə nəzərə alınır. Böyüklər, kürəkənin və ya gəlinin mədəni bənzərliyi, ailə quruluşu və peşəsi ilə maraqlandığı halda, yaşıdları daha çox estetik, boy uyğunluğu və tərəflərin bir-birinə göstərdiyi münasibətlə maraqlanır. Bu davranışlar münasibətlərin evliliyə çevrilməsini sürətləndirir.

Ailə məsləhətçisi Serhat Yabancı Türkiyədə evliliklərin tamamlayıcılıq və ən çox da bənzərlik qanunları üzərinə reallaşdığını söyləyir: “Əslində hamımız evlilik seçimimizi edərkən beynimizdə bir həyat yoldaşı obrazı olur. İldırım eşqlərində belə xəyalımızda aşiq olduğumuz adamın bir görünüşü mütləq var. Bu, hər insanın evlənəcəyi şəxsi qismən də olsa beynində hazırladığını göstərir”.

Mütəxəssisin fikrincə, bir-birinə uyuşmayan cütlüklərin evliliklərinin davam etməmə səbəbini, problemlərin evlilik sonrası həll ediləcəyinə dair yayılan səhv inancla bağlayır.

Kişilərin gözəl qadınla evlənməyə üstünlük verib, ağıllı qadından çəkinməsinin səbəbinin ənənəvi düşüncə tərzindən qaynaqlandığını söyləyən Serhat Yabancının sözlərinə görə, əslində ağıllı qadın kişiyə nəzarət edəcək qadın deyil, onu anlayacaq, birgə oturub danışacaq və problemləri mühakimə edəcək qadın deməkdir.

 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri