Situs İnversus haqqında bilirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 786
Səs ver:
(səs: 0)
Situs inversus, torasik və abdominal orqanların güzgü şəklində yer dəyişdirməsi halıdır və nadir rast gəlinən anormal bir haldır.Situs inversus termini Latın mənşəli "daxili orqanların yer dəyişdirmiş olması" mənasına gələn "situs inversus viscerum" sözündən gəlir.
Dekstrokardi (ürəyin döşün sağ tərəfində olması) 1452-1519 illərində Leonardo da Vinçi tərəfindən görülmüş və cızılmış, sonra da Marko Aurelio Severino tərəfindən 1643-ci ildə tanınıb. Ancaq, situs inversus ilk dəfə bir əsr sonra Metyu Baillie tərəfindən tanınmışdır.
İnsanlar hər hansı bir səbəbdən dolayı tibbi bir müalicə görmədikdə, özlərində situs inversus total olduğunun fərqinə varmaya bilərlər. Yer dəyişdirmiş orqanlara müalicə aparılmasına ehtiyac yoxdur çünki yerləri dəyişdirilə bilməz ancaq bəzi anormallıqlar və fəsadlar daxilində müalicə lazımdır.
Elm adamları, bu vəziyyətin genlərin mutasiyaya uğramasından dolayı olduğunu desələr də bunun əsl səbəbi məlum deyil.
Situs inversus torasik və abdominal orqanları təsir göstərir. Ümumiyyətlə, orqanlar şaquli formada simmetrik olaraq yer dəyişdirmişdir. Ürək ürəyin sağda, mədə və dalaq qarın bölgəsinin sağında, qaraciyər və öd kisəsi isə bədənin sol tərəfində yerləşir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri