Ən təhlükəli BAKTERİYALAR siyahısı

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 831
Səs ver:
(səs: 0)
Ekspertlərin fikrinə görə, hal hazırda dünya çox ciddi təhlaükə ilə qarşı-qarşıyadır. Bəzi təhlükəli bakteriyalar bir çox antibiotiklərə qarşı davamlılıq əldə edib.
Bu o deməkdir ki, artıq bəzi yayılmış antibiotiklər bu bakteriyalara təsir etmir və bu da gələcəkdə insanların bakterial infeksiyalardan kütləvi şəkildə həlak olmasına səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatı ən təhlükəli bakteriyaların siyahısını tərtib edib. Siyahıya 12 patogen daxil olub. Bütün bu patogenlər antibiotiklərə davamlıdır.

Bakteriyalar 3 qrupa bölünüb: kritik təhlükəli, çox təhlükəli, orta təhlükəli.
- 1-ci qrupa Bauman akinetobakteriyası, göy irin çöpü, enterobakteriyalar
- 2-ci qrupa enterokokk fesium, qızılı stafilokokk, helikobakter pilori, kampilobakter, salmonella, qonokokk
- 3-cü qrupa pnevmokokk, hemofil çöpü və şiqella daxildir.

1-ci qrupa aid olan bakteriyalara nadir hallarda rast gəlinir. Bu olduqca təhlükəli bakteriyalardır ki, onlara yoluxma tez-tez ölümə səbəb olur.
2-ci qrup patoloji agentlər çox yayılmış bakteriyaldır və bu da alimlərdə xüsusi narahatçılıq doğurur.
3-cü qrup bakteriyalar sürətlə daha çox antibiotiklərə qarşı davamlılıq əldə edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri