Astma xəstəliyini nə əmələ gətirir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 050
Səs ver:
(səs: 0)
Bronxial astma xəstəliyi müalicə olunmadıqda həyat üçün təhlükəlidir. Xəstəliyin müalicəsi qədər onu törədən və gedişini ağırlaşdıran amilləri bilmək də önəmlidir. Astma fərdi və ətraf mühit amillərinin təsiri nəticəsində meydana çıxır. Fərdi amillərə genetik,cinsiyyət və artıq çəki aid edilir.

Ətraf mühit faktorları isə sayca daha çox olub həm astmanı əmələ gətirir, həm də onu kəskinləşdirir:

1)Daxili mühit allergenləri-ev tozu,ev heyvanları, hamamböcəyi, kif göbələyi
2)Xarici mühit allergenlər - bitki tozları, kif göbələkləri
3)İnfeksion xəstəliklər-virus infeksiyaları
4)Peşə xəstəlikləri
5) Siqaret- aktiv və passiv siqaret çəkmə
6)Havanın çirklənməsi
7)Pəhriz

Bütün bu faktorlardan siqaret, viruslar, ev tozları xəstəliyin əmələ gəlməsi, kəskinləşməsi üçün xüsusilə təhlükəlidir. Bu amillərdən qorunmaq,onlara qarşı profilaktik tədbir görmək xəstəliklə mübarizədə çox vacibdir. Uşaqların tənəffüs yolları daha həssas və kiçik ölçülü olduğu üçün onlarda simptomlar daha ağır gedir. Buna görə də astma ilə mübarizə aparmaq üçün “həkim-xəstə” işbirliyi və koordinasiyalı hərəkət arzuolunandır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri