Prostat xərçənginə qarşı 6 TƏDBİR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 678
Səs ver:
(səs: 0)
Sağlam kiloda olun
Artıq kilolu, ya da obez gənc kişilər həyat tərzlərini dəyişdirərək, kilo verərək xəstəliyin inkişafının qarşısını ala bilərlər. Bununla yanaşı xərçəng diaqnozu qoyulmuş belə olsa, kilo vermək xəstəliyin inkişaf sürətini zəiflətdiyi kimi metastaz riskini də salır. Beləliklə, gənc yaşdan etibarən artıq çəkiniz varsa, lazım gələrsə bir ekspertdən dəstək alaraq bunlardan xilas olun. Hərəkətə keçməyin heç zaman gec olmadığını bilin.

Tərəvəz və meyvə istehlakına üstünlük verin
Qeyri-sağlam qidalanma və köklük,prostat xərçəngi üçün risk amilləri arasında göstərilir. Həmçinin antioksidant xüsusiyyətləri olan tərəvəz və meyvələri yemək prostat xərçəngi riskini aşağı salmağa də yardımçı olur. Gün ərzində hər payda tərəvəz və meyvə ağırlıqlı qidalanmaq, prostat xərçənginə qarşı sizi sığortaladığı kimi daha az kalori alaraq kilonuzu nəzarətdə saxlamağa yardımçı olacaq. Bununla yanaşı qidalananmada, şəkər, ağ un tərkibi yüksək olan şirəli şirniyyatlar kimi fabrik karbohidratlarından da uzaq durmağa çalışın.

Doymuş yağ istehlakını azaldın
Heyvani yağların artıq istehlakı və prostat xərçəngi risk artımı arasındakı əlaqənin işlərlə göstərildiyini qeyd edən Professor Doktor Öbek, "Ümumi olaraq prostat sağlamlığı üçün doymuş yağların az istehlak edilməsi lazımdır. Bu səbəblə, tərkibindəki doymuş yağ nisbəti yüksək, tam yağlı süddən əldə edilmiş məhsullar, yağlı qoyun və dana əti, toyuq və hind quşu dərisi kimi heyvani qidaları mümkün qədər az istifadə edin. Yeməklərinizdə, heyvan əsaslı deyil, bitki yağları üstünlük verin" dedi.

Süfrənizdə balıq üçün daha çox yer açın
Bir çox araşdırma, omega 3 yağ turşuları baxımından zəngin olan balığın prostat xərçəngindən də qorunmağa yardımçı olduğunu göstərir. Bu səbəblə süfrələrinizə balığa daha çox yer verin. Balıq sağlam qidalanma və kilo idarəsində də sizə dəstək verəcəkdir.

İdmanı həyatınızın parçası edin
Araşdırmalar, nizamlı məşq edən kişilərdə prostat xərçəngi riskinin daha aşağı olduğunu göstərir. İdman prostat xərçəngi üçün qoruyucu təsiriylə yanaşı,müalicə kişilər üçün xəstəliyin gedişində də son dərəcə əhəmiyyət daşıyır. Müalicə prosesi və sonra məşq etmək, həm müalicə səmərəliliyini artırır, həm də istifadə ediləcək dərmanların mümkün fəsadlarına qarşı bədəni qoruyur. Professor Doktor Öbek, bu səbəblə gənc yaşlarından etibarən kişilərin idmanı bir həyat forması halına gətirmələri lazım olduğunu söyləyir.

Professor Doktor Öbek, "Sağlam cinsi həyat, prostat və ürək-damar sistem sağlamlığı üçün müntəzəm məşqlər hər kişinin həyatının tərkib hissəsi olmalıdır. Yerimə, qaçış, üzgüçülük, ya da velosiped. Öz sağlamlığınız üçün uyğun, əyləncəli bir idman fəaliyyəti tapın və nizamlı etməyə cəhd edin. Hətta yoldaşlarınızı da buna təşviq edin" tövsiyə etdi.

Siqaret çəkməyin
Siqaret və prostat xərçəngi arasında yaxın bir əlaqə olduğu bilinir və bu məsələ ilə bağlı axtarışlar intensiv şəkildə davam edir. Siqaretinin prostat xərçəngi riskini artırdığı bilinir. Ancaq məlum olan digər bir fikir isə, siqaret prostat xərçəngi diaqnozu sahəsində kişilərdə, həm xəstəliyin gedişini sürətləndirir, həm də ölüm riskini artırır. Siqareti atanlarda isə bu risklər azalır. Beləliklə, həm prostat xərçəngindən qorunmaq istəyən həm re prostat xərçəngi diaqnozu qoyulan kişilərin mütləq siqareti buraxmaları lazımdır.

Nizamlı həkim müayinəsində laqeydlik etməyin
Prostat xərçəngi, erkən dövrdə heç şikayət verməyən hətta, ən azı əlamətə səbəb olan xərçəng növlərindən biridir. Belə ki, bəzən xəstədə heç bir şikayət olmadan irəli mərhələlərə qədər inkişaf edə bilir. Bu səbəblə qidalanma və həyat tərzi dəyişiklikləri xərçəng əmələ gəlmə proseslərində riskləri azaltsa da müəyyən yaşlardan sonra müvafiq kontroların ləngidilməməsi son dərəcə əhəmiyyət daşıyır. Professor Doktor Öbek, "Prostat xərçənginin hər mərhələsində təsirli müalicənin mümkün olduğunu və xüsusilə xəstəliyin prostatdan kənara çıxmadığı mərhələdə tam sağaldığını unutmayın. Erkən diaqnoz üçün, ilk PSA testi 40 yaşında etdirin və xüsusilə 50 yaşından sonra prostat müayinəsini üçün mütləq müəyyən fasilələrlə həkiminizə müraciət edin" deyə xəbərdarlıq edib.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri