Narkomaniya və narkotiklərin ziyanları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 701
Səs ver:
(səs: 2)
Mərcəi-təqlidlərin fətvasına əsasən narkotik maddələrə qurşanmaq haram hesab edilir. Bu baxımdan biz bu maddələrin zərərlərinin kiçik bir hissəsinə toxunaraq, sözün uzanmaması üçün onun iqtisadi, ictimai, ailəvi və axirətlə bağlı çoxsaylı zərərlərini qeyd etməyi lazım bılmirik.

Narkotik maddələrin cismi zərərləri:
1 - Mədədə və bağırsaqlarda həzm pozuntusu. Ürəkbulanma, iştahanın azalması, ishal, qusma, qanda şəkərin artması, meri xərçəngi, mədə və on iki barmaq bağırsaqda yara, mədə şirəsinin və öd kisəsinin ifrazının azalması və ifrat dərəcədə arıqlığı buna şamil etmək olar.
2 - Gözün qeyri-təbii yumulub-açılması, gözün qaranlıq gətirməsi, göz şəbəkisindəki kapilyar damarlarda pozuntu və gözün vaxtından tez görmə qabiliyyətini itirməsi.
3 - Ağciyərlərdə çatışmazlıqların üzə çıxması, çətin nəfəs alma, tənəffüsün zəifləməsi və dayanması, agciyər xərcənginin meydana gəlməsi, bronxit, astma və nəfəs borularının tutulması.
4 – Kişi və qadında cinsi meylin korlanması, öz-özünə axıtma, kişilərdə döşlərin böyüməsi.
5 – Narkomanlar adi şəxslərdən 8 dəfə artıq xaya xərçəngini yoluxurlar.
6 - Bağırsaqların fəaliyyətinin dayanması üzündən, onlarda güclü quruluq yaranır, bu da qida maddələrinin və vitaminlərin cəzbində problemlər yaradır. Bu da öz növbəsində, hüceyrələrin hamısının qida ilə təmin edilməməsinə səbəb olaraq, onların tədricən məhv olmasına gətirib çıxarır. Bu zaman vaxtında müalicə etməmə, narkomanın ölümü ilə nəticələnə bilər.
7 – Narkomanlar müxtəlif dəri xəstəliklərinə düçar olurlar. Bu xəstəliklər narkotik maddələri iynə ilə bədənə vuran şəxslərdə daha artıqdır.
8 – Təhlükəli mikroblar, çirklər, çəkinin düşməsi, düzgün qidalanmama, əzələ zərərləri, qaraciyər və böyrəkdə narahatçılıqların yaranması, QİÇS, hepatit, ürək ağrıları, ürək və beyin infarktları və yuxu pozuntusu və s. bütün bunlar narkotik maddələrə aludə olmağın ölümlə sonlanan ziyanlarından sayılır.
Narkomanlıq və ölüm

Narkomanlıq yol qəzası, yanma, ürək və nəfəs borusu xəstəliklərindən sonra ölümün dördüncü amili hesab edilir.
İranın narkotik maddələrlə mübarizə komitəsinin məsul işçilərindən biri deyir: İranda hər dəqiqədə bir narkoman dünyasını dəyişir.
Statistikaya əsasən, 2002-ci ildə 3500 və 2003-cü ildə 4500 nəfər narkoman dünya ilə vidalaşmışdır.

Nasirəddin şah və tiryək çəkmə

Bu bölümü Nasirəddin şahın yazdığı xatirələrinin biri ilə sona yetirirəm.
"Bir gün tiryəkin nə olduğunu bilmək üçün onun ləzzətini dadmaq istədik. Bunun üçün od və tiryək üçün çubuq hazırlanmasını əmr etdim. Biz tiryək çəkənlər kimi manqalın yanında əyləşdik. Bizim tiryək hazırlayan nökərimiz hoqqanı qızdıraraq tiryəki onun üzərinə qoydu və ilk dəfə olaraq dodaqlarımız vafur çubuğu ilə tanış oldu. Tiryəyi çəkmək üçün öncə adi şəkildə güc verdik və üfürdik. Üfürməyin nəticəsində, manqaldan kül qalxaraq bizim şahlıq tacmızın üzərinə qondu. Biz o an vafuru yerə ataraq düşündük ki, hər kəs tiryək çəksə, başına kül olacaqdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri