Qadınlarda anal çat xəstəliyi və müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 13 523
Səs ver:
(səs: 3)

Anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi müxtəlif ola bilər. Bəzi alimlər xəstəliyin səbəbkarı kimi mexaniki amilləri, xüsusən nəcisin tərkibində olan bərk qalıqların xəstəliyə səbəb olmasını göstərirlər. Bir qrup alim isə xəstəliyin səbəbi kimi infeksiya faktorları göstərirlər.

Ümumiyyətlə daimi qəbizlik, doğuş, babasil və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər. Düz bağırsağın çatının əsas əlaməti ağrıdır. Ağrı xarakterinə, intensivliyinə və davametmə müddətinə gorə müxtəlif olur. Adətən ağrı çox güclü, daimi, tutma şəkilli, kəsici və deşici xarakterdə olur. Ağrılar əsasən defekasiya aktı ilə əlaqədar olur. Bəzi xəstələrdə ağrı defekasiya aktı ilə başlayır və saatlarla davam edir. Bəzi xəstələrdə isə defekasiya aktı bitdikdə ağrı da azalır. Çatın dibində olan sinirin daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha şiddətli olmasına səbəb olur. Xəstələr ağrını azaltmaq üçün müxtəlif vəziyyətlər alırlar, bəzən özlərinə yer tapa bilmirlər.

Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik kisəsinə, uşaqlığa, aralığa və belə yayıla bilir. Ağrı bu nahiyyələrə yayılaraq qadınıarda adət pozğunıluğuna səbəb olur.

Anal çatın ikinci əsas əlaməti qanaxmadır. Qan adətən defekasiya aktı zamanı ifrazatda çat olan tərəfə uyğun olaraq zolaq şəklində olur. Bu xususiyyət adətən xəstələrin özləri tərəfindən qeyd olunur.

 

Uzman Dr. Türkan Gündüz ilə əlaqə:

Web-sayt: www.proktolog.az

051- 491-75-75

051 -453 -55 -55

(səs: 3)
Şərhlər: 12
Baxılıb: 13 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri