Ayağı ayaq üstə aşırmayın! – ZƏRƏRİ

Müəllif: emis
Şərhlər: 11
Baxılıb: 5 952
Səs ver:
(səs: 3)
Ayaqların üst-üstə atılmasının qan dövranını əngəllədiyini, bunun da varikoza səbəb olduğunu bilirdinizmi?

Varikoz - ayaqlardakı kirli qanı təmizləyərək ağciyərə daşıyan səthi damarlarda yaranan çatışmazlıqdır. Bu qanın yenidən ayaqlara geri dönməsinə damarlarda qapaqcıqlar əngəl olur. Nəticədə qapaqcıqlar funksiyasını yerinə yetirə bilmədiyindən qan yenidən damarlara qayıdıb toplanır və varikoz əmələ gəlir. Vaxtında qarşısı alınmazsa, yaralara, infeksiya, qanama, damar içində laxtalanma kimi ciddi problemlərə yol aça bilər.

Hər 4 qadından birində bu şikayətə rast gəlmək olar.

Varikozun əlamətləri nələrdir?

Yorğun, şişmiş, ağırlaşan ayaqlar, axşama doğru ayaqların şişməsi, ayaqlarda göynəmə hissi, qaşınma, kramp, dartılma, baldır ağrıları, bilək, ya oynaq bölgələrdə şişmə, qırmızı, yaşıl rəngdə varikozlar.

Ayaq sağlamlığı üçün mümkün olduğu qədər çox hərəkət edin. Gündə ən az 30 dəqiqə ayaqları yuxarıya doğru uzatmaq tövsiyə edilir.

Ayaqlarınızı sərin saxlayın. Günəşdə isti qum, isti sauna, isti palçıq vannası kimi hallardan uzaq qaçın.

Yayda soyuq su ilə ayaqlarınızı yuyun. Ayağı ayaq üstə aşırmaq dizlərinizi kilidləyər və qan dövranını əngəlləyər. Yüksək dabanlı və dar ayaqqabı geyinməyin. Qidalanmanıza diqqət edin.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 5 952
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri