Zədələnmiş yumurtalıqlar haqqında 7 fakt

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1015
Paylaş:
Səs ver:
(səs: 0)
Qadınlarda ən çox rast gəlinən, eləcə də olduqca nadir hallarda diqqətə alınan hallardan biri də yumurtalıqlarla bağlıdır. Yumurtalıqların zədələnməsi zamanı insanın hiss etdiyi ağrılar menstruasiya dövründə yaşanan ağrıları xatırlatdığından çox zaman buna diqqət etmirik. Lakin bu, heç də primitiv bir proses deyil. Yumurtalıq zədələnmiş halda çevrildiyi və öz şəxsi qan təchizatını yerinə yetirə bilmədiyi zaman güclü ağrılar verməyə başlayır. Həmin an yumurtalıq ağrısı qarının aşağı hissəsindən başlayıb qəfil sancılarla aşağı ətraflara qədər yayılır.

Həkimlər qadınlarda zədələnmiş yumurtalıqlar və onların fəsadlarını aradan qaldırmaq üçün 7 fakt üzərində araşdırma aparıblar. Məlum olub ki, 7 fakt risk zonasına daxildir.

Yaş böyük olduqca risk də bir o qədər daha aşağı olur
Zədələnmiş yumurtalıq xüsusilə cinsiyyət yaşı keçməmiş qadınlar arasında daha çox yayılıb. Əgər siz klimaks dövrünə keçmisinizsə, bu riskdən kifayət qədər uzaqdasız. Gənc və aktiv həyat tərzi keçirən, elastik bədən quruluşuna sahib qadınlarda hərəkət zamanı yumurtalıqların yerdəyişməsi və hormonal fonun dəyişikliyi baş verə bilir. Əgər sizdə kista və şiş yoxdursa, sizin yumurtalıqlarınızda bu, çox az müşahidə edilə bilər. Bu diaqnoz hətta ana bətnində olarkən belə müəyyənləşdirilə bilir.
Yumurtalıqda olan kistanın burulması nəticəsində burada normal qan dövranı pozulur, iltihab və nekroz (toxumaların məhv olması) inkişaf etməyə başlayır. Beləliklə, qadında güclü ağrılar əmələ gəlir. Belə patologiyanın nəticəsində qadında çox güclü və təhlükəli iltihab - peritonit (qarın boşluğunun iç qatının iltihabı) inkişaf edə bilər. Peritonit xəstəliyi zamanı ölüm riski 80%-dir. Və bu peritonit yalnız cərrahiyyə yolu ilə müalicə oluna bilir.

Yumurtalığın burulması zamanı müşahidə edilən güclü ağrılar isə güclü fiziki gərginlik nəticəsində inkişaf edir. Belə pozulma tez-tez azyaşlı qız uşaqlarında da olur. Bundan əlavə, risk qrupuna ovulyasiyanı stimullaşdıran preparatları qəbul edən qadınlar, hamilə qadınlar, yumurtalıqların patoloji böyüməsi olan qadınlar da daxildir.
Yumurtalığın burulmasının əsas simptomları: yumurtalıq nahiyəsində kəskin ağrılar, aşağı ətrafa yansıyan sancılar, ürəkbulanması, qusma, zədələnmiş yumurtalığın ölçülərinin böyüməsi və s. Təcili cərrahiyyə müdaxilə olunduqda, yumurtalığı adətən xilas etmək mümkün olur. Lakin tibbi kömək vaxtında göstərilməzsə, yumurtalıq məhv ola bilər. Bu halda yumurtalıq xaric olunmalıdır.Bu isə daha ciddi qadın xəstəliklərinin yaranmasına səbəb ola bilir.
Hərçənd belə vəziyyətlərdə qadınlarda yumurtalıqda kistaların, şişlərin olması daha çox rast gəlinir. Kista yumurtalıqların ölçüsünün və çəkisinin normadan artıq olmasına səbəb olur ki, bu da qeyri-müntəzəm irəliləyir. Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PKYS). PKYS zamanı zamanı yumurtalıqlarda çoxlu sayda xırda-xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurtalıqların polikistozu zamanı onların işi pozulur (yumurtalıq hüceyrələrinin çıxarılması) və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir. Əgər hormonal həblərlə müalicə heç bir fayda verməmişdirsə, onda sizə laparoskopiya təyin edilə bilər. Laparoskopiya qeyri-adi əməliyyatdır, belə ki, onun keçirilməsi zamanı cərrah dərini kəsmir, sadəcə dəridə dəliklər açaraq bütün manupilyasiyaları aparır. Əməliyyatdan sonra dəliklər tezliklə sağalır və laparoskopiya zamanı kəskinləşmə ehtimalı olduqca azdır. Laparoskopiyanı ümumi narkoz altında edirlər. Qadınlara əməliyyatın keçirilməsindən 8-12 saat sonra artıq ayağa qalxmağa icazə verirlər, xəstəxananı isə 1-2 gün sonra tərk edə bilərsiniz.

Sonsuzluğun müalicəsi daha təhlükəli olur, nəinki hamiləlik
Nəzərdə tutulmuş dərmanlar sizə hamilə olmağa kömək etmək üçün, yumurtalıqların ölçüsünü artıra bilər və daha böyük yumurtalıqlar ən çox burulmuş olur. Yumurtalıqların burulma riskini minimuma endirmək məqsədilə həkimlər qadınlara idmanla məşğul olmağı tövsiyə edirlər. Amma tramplində tullanmaq olmaz. Məsləhət görülən idmanlar arasında tullanma hərəkətləri olmamalıdır. Məsələn, yoqa olar, amma kapoeyra olmaz.

Hamiləliyin qarşısını alan həblərin isə əlavə üstünlükləri var
Hamiləlik əleyhinə qəbul etdiyiniz dərman preparatları orqanizmdə xərçəng xəstəliyinin yaranma riskini azaldır, eləcə də dərinizin təmizlənməsinə kömək edir. Hormonal problemlərin yaranmasının qarşısını alan dərmanlar həm də yumurtalıq burulması riskini də aşağı salır.

Uzunluq məna kəsb edir
Bilirsiz bəzi insanlarda barmaqların uzunluğunun normadan qısa və ya uzun olmasının səbəbi nəsdir? Bu ölçülərin dəyişilməsi fallop boruları ilə əlaqədardır. Çox uzun fallopievaya boru yumurtalığı burmaya daha (daha çox) meylli edə bilər.

Yumurtalıq burulmasında "yaxşı" tərəf mövcud deyil
Əksər hallarda yumurtalıq burulmaları sağ tərəfdə müşahidə edilir. Sağ tərəfdə müşahidə edilən ağrılar isə birbaşa appendisit ilə əlaqələndirilərək cərraha yönləndirilir. Lakin bu heç də hər zaman belə olmur. Bir neçə mütəxəssisə müraciət etməniz tövsiyə edilir.

Könül Cəfərli

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1015
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Son Bahar
Allah uzaq elesin her cur xəsdəliklərdən bizi.Hamiləlik həblərinin ziyanli oldugunu esidirdik hər dəfə bu defe isə, tam əksi bəzi hallarda xeyrli ola biləcəyidə qey olunub.Hər qadina lazim olacaq bilgilər idi təsəkkurlər
22 aprel 2018 13:12
7
Don’t try to be different. Just be good. To be good is different enough.✌(Aynen)✔✔✔
Offline
Selena
Allah uzaq etsin xestelerine sefa versin
21 aprel 2018 21:29
6
Bu dünya yaxşı olanların deyil,yaxşı rol oynayanların dünyasıdır.
Offline
Meleknur
Allah her kesin komeyi olsun bele weyler esasende qadin xestelikleri risklidi
21 aprel 2018 20:39
5
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
vipbetul
qadinlarcin lazimli faydali bilgidir

qadinlarcin lazimli faydali bilgidir

qadinlarcin lazimli faydali bilgidir
21 aprel 2018 18:10
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
coxun bilmirdim melumata gore tewekkurler
21 aprel 2018 17:28
3
Offline
tatyana
Polikistozun sebebleri cox olur,amma müaliceyle tez kecir,menim yaxınımada polikistoz demişdiler hamile olmurdu,3il müalice olduqdan sonra kecdi
21 aprel 2018 17:25
2
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
BARBI
Her biri hamile qalmani onleyen baslica sebeblerdendir
21 aprel 2018 17:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri