Limon qabığı qadınları bu yayılmış xəstəlikdən qoruyur

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 1 617
Səs ver:
(səs: 0)
C vitamini zəngin olan limon damarların sağlamlığını qoruyur, orqanizmdə iltihabı azaldır, orqanizmi cavanlaşdırır.

Lakin limonun digər az bilinən faydası da var. Çoxsaylı araşdırmalar limonun tərkibində olan maddələrin şiş əleyhinə təsirini aşkar edib.

Qadinla.com bildirir ki, Arizona Universiteti (ABŞ) alimləri son araşdırma zamanı aşkar ediblər ki, limon qabığının tərkibində olan d-limonen maddəsi süd vəzi xərçənginin profilaktikası və hətta müalicəsi üçün effektlidir.

Araşdırmada süd vəzi xərçəngi olan 43 qadın iştirak edib. 2 həftə ərzində 2 qr d-limoneni qəbul edən qadınlarda şişin ölçüsü kiçilib və həmçinin onkoloji xəstəliyinin inkişafına təsir edən siklin D1 maddəsinin konsentrasiyası da azalıb.

Qadinla.com xəbr verir ki, d-limonen maddəsi tək limonun qabığında deyil, digər sitrus meyvələrinin qabığında da var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri