Qadının sonsuz olub olmadığını, necə diaqnoz etmək olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 611
Səs ver:
(səs: 0)
Qadınla.Com xəbər verir ki, Qadının sonsuz olub olmadığını bilmək üçün, bir neçə müayinələr vardır. Öncəliklə yumurtlama varmı, yoxmu deyə öyrənmək lazımdır.

* Ovulyasiya
Ultrasəslə, hormonlarla və gərəkirsə uşaqlığın özündən analiz alınaraq ovulyasiyani təqib etmək olar.

* Yumurtalıq incələməsi.
Qadınlarda sonsuzluq müayinəsi üçün araşdırmada yumurtalarin keyfiyyətini öyrənmək də yer alır. Bunun üçün iki test edilir.

- Ilk olaraq menstruasiyanın 3-cü, 4-cü, 5-ci günü yumurtalıq funksiyalarını göstərən hormonlara baxılır.

- Ikinci isə, menstruasiyanın 4-cü, 5-ci günü, ya da menstruasiyadan həmən sonra yumurtalıqlardakı yumurta sayına baxılır (falekul sayı)

Bu iki müayinəni apararaq yumurtalıq rezervi haqqında bilgi alına bilər. Qadının yumurtalıq rezervi pis isə, bir an öncə hamilə qalması lazımdır. Yaxşıdırsa hamilə qalmağa tələsməyə ehtiyac yoxdur.

* Uşaqlıqdaxili ultrasəs.
Boruların açıq və ya bağlı olduğunu müəyyən etmək üçün bu müayinə vacibdir.

* Ultrasəs.
Normal ultrasəs müayinəsində, uşaqlıqda hər hansı bir problemin olub olmadığına baxılır.

Aparılan bu müayinələrdən sonra bir problem aşkar olarsa, buna görə müalicəyə başlanılır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 611
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri