Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa...

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 983
Səs ver:
(səs: 0)
Prolaktin yüksəlməsi qadınlar arasında sıx rast gəlinən endokrin problemlərdən biridir.
Tibbi dildə hiperprolaktinemiya adlanır. Prolaktin süd əmələ gəlməni təmin edərək, hamiləlik və süd vermə zamanı artaraq süd vəzlərindən südün ifraz olunmasını gerçəkləşdirir.

Qadınla.Com bildirir ki, endokrinoloq Nadirə Ağazadənin sözlərinə görə, prolaktin həm hər hansı bir xəstəlik nəticəsində, həm də xəstəlik olmayan hallarda arta bilər:
"Prolaktin hormonu fizioloji olaraq, yəni heç bir xəstəlik olmadan - hamiləlik, süd vermə zamanı, yuxu, yüksək proteinli qidalar qəbul edildikdə, stress, idman, məmə ucu stimulyasiyası zamanı artır. Yuxarıda sadaladığımız hallarda prolaktin yüksəkliyi normal sayılır və heçbir müalicə tələb etmir.

Patoloji hallardaisə ən çox
- müəyyən qrup dərman preparatlarinin qəbulu
- Tiroid vəzinin yetməzliyi (hipotireoz) - Prolaktinomalar zamanı prolaktin yüksəkliyi görülür".

Endokrinoloq, prolaktin yüksəkliyi zamanı meydana gələn şikayətlərdən də danışıb.
"Amenoreya (aybaşı tsiklinin olmaması) və ya pozulmalar
- Qalaktoreya (süd vəzilərindən süd gəlmə), sonsuzluq, çəkinin artması, tüklənmə, cinsi həvəsin azalması, vaginal quruluq, baş ağrıları, görmə sahəsi defektləri
- Osteopeniya, osteoparoz yarana bilər", - deyə Ağazadə qeyd edib.

Mütəxəssis, bu kimi şikayətləri olan xəstələrin qan analizi verərək prolaktin hormonunu yoxlatmalı olduğunu bildirib.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri