Qadınların qorxulu yuxusu - MİYOM

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 597
Səs ver:
(səs: 0)
MİYOM NƏDİR? NƏ SƏBƏB OLUR?

Xalq arasında "bətndə ur" kimi tanınan miyom-lar əslində yaxşı xasiyyətli kütlə. Yəni xərçəng deyil. Hər 100 qadından 20sində ortaya çıxan myom, əsasən qadının yaşı böyüdükcə daha da böyüyür, amma menopauza dövrüylə birlikdə kiçilməyə başlayır. Miyom-ların böyüklüyü çox dəyişiklik göstərir. Kiçik bir düyü dənəsi qədər də ola bilər, iri bir qovun qədər də.

Qadın pelvis nayihəsində ən çox görülən şiş, məhz bu miyom-lardır. Yaxşı xasiyyətli olan bu ur, xərçəngə çevrilmə ehtimalı son dərəcə az bir xəstəlikdir. Bu gün bətnində miyom olan hər 100 qadından 75i bunun fərqində də deyil. Ancaq çox geniş yayılmış bir xəstəlikdir. Bətndə miyom birdən artıq da ola bilər. Hətta sayılmayacaq qədər çox da görülə bilər. Bətndə miyom ümumiyyətlə 30 ilə 40 yaş arası qadınlarda görülür. Yetkinlik çağından əvvəl nadir hallarda görünür. Myom, bətnin də böyüməsinə yol açır.

MİYOM MÜALİCƏ ÜSULLARI NƏLƏR?

Həkimlər adətən miyom olan qadının ciddi bir şikayəti yoxsa müalicə üsulunu üstün tutmur. Bir tək mütəmadi təqib təklif edir. Nizamlı təqibdən qərəz isə 6 ayda bir ultrasəs və müayinə olunması lazımdır. Bu mütəmadi təqib sonunda mənfi istiqamətdə dəyişiklik görülsə dərman müalicəsi və ya cərrahiyyə əməliyyat qərarı vermək olar. Miyom nə vaxt müalicə edilməlidir sualının cavabı da çox sadədir? Miyom olan qadında həddindən artıq qanaxma varsa, reql dövrü çox qanlı və laxtalı keçirsə, bu problem qadında anemiyaya səbəb olacağından cərrahi müalicə lazımdır.

Mütəmadi təqib edilən miyom birdən birə böyüməyə başlayarsa, üstəlik, sözügedən böyüməyə menopauza sonrası rast gəlinibsə, həkim abort təklif edə bilər. Çünki pis xasiyyətli bir xəstəlik əmələ gəlmiş ola bilər. Yenə bətnində miyom olan qadında şiddətli ağrı və tonus varsa müalicə qaçılmaz olur. 40 yaş üstü qadınlarda rəhm ağzı şişləri ilə miyomlar qarışdırılmasın deyə miyomlar əməliyyatla alına bilər. Miyomların müalicəsində adətən əməliyyat ilə müalicə tətbiq olunur. Təbii ki, bu variant qadının yaşı, uşaq istəyib istəmədiyi, şikayətlərinin ölçüsünə görə dəyişir. Bütün bu variantlara görə rəhim tamamilə də cixarıla, bir tək miyomlar da çıxara. Miyom müalicəsi üçün başqa müalicə üsulları də var. Lazer ilə yandırma, hormon təzyiq dərmanlar istifadə edib azalmasını təmin etmək, maye azotla dondurma bunlardan bəziləridir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri