Uşaqlığın götürülməsi cinsi həyata mənfi təsir edərmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 8958
Səs ver:
(səs: 0)
UŞAQLIĞIN ALINMASI CİNSİ HƏYATA MƏNFİ TƏSİR EDƏ BİLƏRMİ?

Bir çox səbəbdən dolayı bətnin alınmasını qadınların böyük əksəriyyəti "qadınlıq özünəməxsusluğunun itirilməsi ilə eyniləşdirirlər. Hətta doğum xüsusiyyətini itirdikdən sonra cinsi olaraq da fəal olmama fikrinə düşürlər. Bəs, bətnin alınması həqiqətən də düşünüldüyü kimi, cinsi həyata mənfi istiqamətdə təsir edir mi? Operator Həkim Filiz Ak, maraq edilən bu suala aydınlıq gətirdi. Əməliyyatla bətnin çıxarılması sıx görülən bir əməliyyat növüdür. Əsasən yumurtalıqlarda yaranan kist və ya şiş səbəbilə rəhim, yumurtalıqla birlikdə çıxarılır. Sadəcə, bətnin alınmış olması, qadının heyz görməsini bitirir ancaq yumurtalıqlar, hormon ifraz etməyə davam edəcəyi üçün hormonal və fiziki olaraq menopauza təsirləri görülməz. İldə bir dəfə hormon analizi aparılaraq bu proses təqib edilə bilər.

XƏSTƏ PSİXOLOJİ OLARAQ ƏMƏLİYYATA HAZIRLANMALIDIR

Bətnin alınması, tək başına və ya yumurtalıqla birlikdə keçiriləcəksə, xəstə mütləq psixoloji olaraq əməliyyata yaxşı hazırlaşmalı, məlumatlandırılmalı, əməliyyat sonrası dövr özünə açıqlanmalı və gələcəkdə bir itkinin olmayacağı deməlidir. Hətta kifayət qədər uşaq doğmuş olan qadınlar üçün doğuş nəzarət metodlarından və onların yan təsirlərindən xilas olaraq, daha rahat bir cinsi həyat sürəcəyi deməlidir. Bu əməliyyatın nə üçün lazım olduğu, faydası və əməliyyat sonrası dövrü, qadına və ərinə yaxşı izah edilməlidir. Doğru endikasyonla, çox yaxşı bir əməliyyat aparılmış də olsa, qadın, əməliyyat sonrası dövrdə psixoloji olaraq depressiyaya girərsə, həkim uğursuz bir vəziyyətlə qarşı-qarşıya qalır. Davamlı olaraq "Niyə nenstruasiya olmuram"? Deyən bir xəstə həm özünü həm ətrafını həm də doktoru üzər.

UŞAQLIQ ALINANDA CİNSİ HƏYAT BİTİR Mİ?

Nəticə olaraq yalnız uşaqlığı alınmış olan bir qadının adət görməyəcəyi amma yumurtalıqları olunmadığı üçün hormonlarının işləməyə davam edəcəyi özünə deməlidir. İldə bir dəfə ultra səs ilə yumurtalıqları görüntülənməli, hormon profili aparılaraq izlənməlidir. Əgər xəstənin uşaqlığı yumurtalıqla birlikdə götürülmüşsə həm menstruasiya qan sızması olmayacağı həm də menopauza girəcəyi bildirilməlidir. Bu qrupdakı qadınlar isə ildə bir dəfə müayinəyə getməli, uşaqlıq yolunda quruluq və ya infeksiya olub olmadığına baxılmalı, lazımdırsa bu vəziyyət müalicə edilməlidir. İstər yumurtalıq birlikdə istərsə təkbaşına rəhim alınmış olsun, bu əməliyyatın cinsi həyata mənfi təsiri yoxdur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 8958
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 80575
Xəbər sayı: 30
BARBI
Allah qorusun.Qadin ucun cox agir bir problemdi
25 oktyabr 2018 20:48
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 8489
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Menim qaynanam usagliqini gotuzdurub.Qanaxma verdiyi ucun.Ama usagliqi goturende sonra cetin gelib ozune.Agrilari yaman olub.her yarim saatdan bir Canina istilik gelir.buda pis tesir edir ona Uje 5 il varki emelyat olunub helede.İstilik gelme problemi getmir..
Allah her kese komek olsub
25 oktyabr 2018 17:45
3
Şərh sayı: 6147
Xəbər sayı: 0
Cema_Axodova
Bilmirdim tewekkurler oyrendim
25 oktyabr 2018 17:23
2
p.s
Şərh sayı: 72554
Xəbər sayı: 1
vipbetul
Allah uzaq elesin bu cur xesdeliklerden butun qadinlari İnsaAllah
25 oktyabr 2018 16:21
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri