Qadınlarda sidik qaçırma probleminin səbəbləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 909
Səs ver:
(səs: 0)
UTANIB SIXMAYIN
Sidik qaçırma gün boyu davam edir, tualetə çata bilmir və tualetdə heç bir zaman sidiyin tamamilə boşalda bilməmək hissinə qapılırsanız bir mütəxəssisə müraciət etməlisiniz. Həkiminiz ilə utanıb çəkinmədən açıq danışıb, müalicə variantlarını öyrənməlisiniz.

STRESS TİPİ SİDİK QAÇIRMA
Qadınlarda sidik qaçırmağın ən çox rast gəlinən səbəbidir. Sidik kisəsinin daxili təzyiqin artması ilə ortaya çıxan sidik qaçırma şəklidir. Tərifdən də aydın olduğu kimi buradakı stress sözünün psixoloji stresslə əlaqəsi yoxdur.

SIXMA TİP SİDİK QAÇIRMA
Həddindən artıq fəal sidik kisəsinin olaraq da adlandırılan, ani olaraq sidiyə çıxma və sıxma hissiylə bərabər heç bir səbəbi olmadan sidik qaçırdır. Sıxma tip sidik qaçırmayın ən geniş yayılmış səbəbi, istəksiz sidik kisəsinin (sidik kisəsi) yığmalarıdır.

SƏBƏBLƏRİ
İki mühüm səbəbi var. Ən çox səbəb pelvis (qadın cinsi orqanının daxilində olan ləyən sümüyü ilə əhatə olunmuş hissə) dibi əzələlərinin zəifliyidir. Bu əzələlər güclü olanda sidik yolu sidik etmə vaxtı gələnə qədər qapalı saxlanılır. Pelvis baza əzələləri zəif qarın daxili təzyiqi artanda (ağır qaldırma, öskürmə, asqırma) sidik yolu açılır və sidik qaçırmasına yol açır. Ən geniş yayılmış kimi hamiləliyə və doğuşlara asılı olaraq əzələ, sinir və toxumalarda yaranan bəla və menopauza qaynaqlanan fiziki dəyişikliklər səbəb olur.

Digər bir səbəb isə, sidik kisəsinin çıxışındakı, sidik aparmağı nəzarət edən əzələlərin zəifliyidir. Bu əzələlər sidik kisəsinin dolarkən sidik yolunu qapalı saxlayır, sidik vaxtı gələndə zəifləyərək sidik keçirilməsini təmin edir. Bu əzələlər zəif olanda vəzifələrini etmədikləri üçün qarın içi təzyiqi artanda sidik qaçırılır.

60 yaşından gənc qadınlarda ən sıx görülən sidik qaçırma tipidir, bütün qadınlarda sidik qaçırma faktlarının yarısını təşkil edir. Yeniyetmə cəmiyyətin 10-33 faizinde görülür.
Kişilərdə adətən bir əməliyyata (prostat əməliyyatı) və ya yaralanmaya bağlı olaraq meydana gəlir, onun xaricində çox nadirdir.

NƏTİCƏLƏRİ
Sidik qaçırma bu qədər tez-tez baş verməsinə baxmayaraq, utanıldığı, ya da qocalığın təbii nəticəsi olaraq görüldüyü üçün adətən ən yaxınlardan belə saxlanılan bir sağlamlıq problemidir. Davamlı nəmişlik və dəri zədələnməsindən yaranan narahatlığa bağlı olaraq depressiyaya qədər varan ruhi problemlərə səbəb olur. Xəstələr hallarından dolayı bir çox sosial və fiziki fəaliyyətlərini məhdudlaşdıra, beləliklə, gündəlik, ictimai və iş həyatları mənfi təsirlənir. Nəticədə yavaş-yavaş cəmiyyətdən təcrid olurlar.

MÜALİCƏ
Müalicədə sidik qaçırma tipinin düzgün müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır. Çünki sidik qaçırma tipinə görə istifadə ediləcək üsuluda dəyişəcəkdir.

Stress tip sidik qaçırmada müxtəlif müalicə üsulları istifadə edilir.
Həyat tərzi dəyişiklikləri
Pelvik baza təhsili (məşqlər)
Dərman müalicəsi
Cərrahi müalicə

Bunların xaricində biofeedback, vajinal konus, sidik kisəsinin eyitimi, tualetə getmə proqramı yaratmaq, lazer kimi müalicə dəstəkləyən yöntəmlərdən də istifadə edilməkdədir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri