Rus ginekoloq: Eroziyanı yandırmaq çox mənasız prosedurdur

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 961
Səs ver:
(səs: 0)
“Rus ginekoloqla vicdanlı söhbət” kitabının müəllifi, tibb elmləri naizədi Dmitri Lubnin MDB ölkələrinin səhiyyəsini tənqid edən sensasiyası açıqlama ilə çıxış edib.

Qadinla.com
xəbər verir ki, ginekoloq Lubnin həkimlərin qadınları aldatmasından təəssüflə danışıb.

Rus ginekoloq: Eroziyanı yandırmaq çox mənasız prosedurdur

Həkimin sözlərinə görə ginekoloqlar müayinə zamanı qadınları elə qorxudurlar ki, bir xəstəliyin üzərinə digərləri də əlavə olunur. Əslində isə heç nə təqdim olunduğu kimi qorxulu deyil, həkim qəbulunda üzə çıxan bir sıra qadın xəstəliklərini isə ümumiyyətlə müalicə etməyə gərək yoxdur.

Lubnin qeyd edib ki, bu gün Rusiyada müalicə olunan “disbakterioz”, uşaqlıq boynunun eroziyası kimi xəstəliklərə dünya sadəcə gülür.

Uşaqlıq boynun eroziyasına dünyanın heç bir yerində həkimlər toxunmağa cəsarət etmir. Onu yalnız iki şərtlə müayinə etmək lazımdır- cinsi əlaqədən sonra qanaxma yaranarsa, yaxud həddən artıq axıntı olarsa.

Digər hallarda isə analizlər apardıqdan sonra məsələyə müdaxilə etmirlər. Eroziyanı yandırmaq isə çox mənasız prosedurdur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri