Qadın bezlərinin təhlükəli tərəfləri

Müəllif: Barbaris
Şərhlər: 15
Baxılıb: 666
Paylaş:
Səs ver:
(səs: 0)
Hesablamalara görə, bir qadın bütün həyatı boyu təxminən 12 mindən çox bez və ya tampon istifadə edir. Bəs fasiləsiz olaraq, bu bezlərdən istifadə etmək nə qədər doğrudur?

Səhiyyə təşkilatlarının araşdırmasına görə, bezlərdə kanserogen (xərçəng əmələ gətirən kimyəvi maddə) maddələr mövcuddur. Bu isə artıq sağlamlıq üçün təhlükə deməkdir. Bundan başqa, qadınların menstrual tsikl dövründə və gündəlik istifadə etdikləri bezlərə əlavə olaraq, rəng, ətir və dioksin maddələr də əlavə edilir. Bunlar isə qadının bədəni tərəfindən çox tez və asanlıqla sorularaq qana keçir.

Qadınla.com bildirir ki, sözügedən bezlərdə plastik maddələr belə mövcuddur. Belə maddələr, əsasən, bezlərin yapışqanlı hissəsində olur. Bu isə hamilələr üçün xüsusilə təhlükəlidir. Həkimlər bildirir ki, gündəlik bezlər hamilələrdə embrion inkişafına ciddi təhlükə yarada bilər. Çünki bədən bu plastik maddələr səbəbindən normal nəfəs ala bilmir.

Qadın bezlərinin eyni zamanda göbələk infeksiyasına yol aça bildiyi vurğulanır.

Bezlərdən düzgün istifadə etməməyin də fəsadları var. Belə ki, bezlər gün ərzində 1-2 saatdan bir dəyişdirilməlidir. Ətirli bezlərdən isə istifadə etmək olmaz. Güclü həssaslığı olan qadınların, ümumiyyətlə, gündəlik bez və tampon istifadə etməsi məsləhət deyil. Çalışmaq lazımdır ki, təbii materiallardan istifadə olunsun və tez-tez dəyişdirilsin. Tərkibində neylon miqdarı çox olan bezlərin istifadəsi daha zərərlidir. Neylon səviyyəsi artdıqca infeksiya riski də artır.

Bundan başqa, bezlərin istifadəsi vacibdirsə, onları dəyişərkən əlləri daha diqqətlə yumaq lazımdır. Çünki həmin bezlərdə xeyli infeksiya toplanır.

Ginekoloq, uzman həkim Rəşad Sultan e-tibb.az-a bildirib ki, bezlər göbələk infeksiyasına yol aça bilər: "Amma bu bezlərin xərçəngə səbəb olması fikri doğru deyil".

Bəs, qadınlar bez seçərkən nəyə diqqət etməlidirlər? Həkimin fikrincə, bu məsələdə xüsusi bir parametr yoxdur: "Bezlərə paltar kimi yanaşmaq lazımdır. Biz həmişə məsləhət görürük ki, sintetik alt paltarlarından qaçın. Çalışıb tərkibində daha çox pambıq olan bezləri almaq lazımdır. Bundan başqa, əgər qadın hiss edirsə ki, bez onda qaşıntı əmələ gətirir, mütləq onu dəyişməlidir".

Həkimin sözlərinə görə, axıntı, qaşınma, yanma şikayətləri ilə müraciət edən xəstələrlə bağlı bir neçə istiqamətdə araşdırma aparılır ki, buraya bezlər də daxildir. Bütün hallarda isə mama-ginekoloq bezlərin qadağan edilməsini doğru saymır. Eyni zamanda, gündəlik bezlərdən, tamponlardan istifadə etməkdənsə, alt paltarının tez-tez dəyişdirilməsini məsləhət görür.

loading...
(səs: 0)
Şərhlər: 15
Baxılıb: 666
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Banucicek
Zererlide olsa gigiyena baximindan temizdir
18 mart 2019 21:30
15
Offline
YalniZ-ArZu
ziyanlida olsa bu gigyenik vasiteler heyatimiza nece daxil olubsa onlardan imtina etmek olmaz mence. Sadece her seyde oldugu kimi bezlerdende normal qaydada istifade etmek gerekdir
15 mart 2019 10:42
14
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
gecə
Beze qarsi hec bir hesasligim,narahatigim yoxdur. Eksine gigenik baximindan yaxsi bir seydi mence. Etirli ve keyfiyyetli bezlerden istifade edirem ve cox raziyam. Her sey qadinin temizliyinden,ozune baxmaginan asilidir. Birde bez secerken diqqetli olmalidir. Gun erzinde 3 defe deyismelidir. Gundelik bezlerden tamponlardan istifade etmirem. Tez tez paltarimi deyisirem. Temizliye onem veren biriyem. Baximli qadinlarin sixintisi olmaz hec bir seyde fikrimce.
12 mart 2019 18:11
13
Offline
Lady
Sitat: Gulperi
Mene qasinma tusdu bezden ne qeder mualice oldum indi istifade etmirem derim hessas olduguna gore pambiq olanindan alirdim

Eynen menim de derim hessasdir, deye isletmirem son zamanlar.
11 mart 2019 15:45
12
Əgər eşq bir seçim olsaydı,bu qədər kəskin bir ağrını kim seçərdi.... heart
Offline
vipbetul
faydali melumat oldu
11 mart 2019 09:49
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Güneş
Sonuncu cumleyle raziyam,mende gundelik bez ve tampun istifade elemirem,amma menst vaxti mecburam istifade eleyirem
men bilen terkibinde en cox pambiq olan bez kotexdi-mende bundan istofade edirem
10 mart 2019 16:50
10
Offline
N_mələyi
Sitat: Love-Girl
Uzun zamandi bele weylerden uzagam. Ama biliremki elede yaxsi sey deyil. Her ne qeder temizlik baresinde gigyenik olsada

Məndə çünki üzr istəyirəm ifadəmə görə qaşınma allergiya veirurəm
9 mart 2019 23:34
9
Offline
❤Ə❤CANAN❤G❤
Her ne qeder ziyan da olsa.Her bir qadin istifade edir...Mecburuq.....
Melumat ucun tsk
9 mart 2019 23:09
8
canan qizim sirin seker qizim.
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
Məndə istifadə edirəm.ancaq bilirdimki ziyanlıdır.
Amma nə edəsən olmur onlarsızda^_^
9 mart 2019 21:24
7
'~Hər hansı birinin səndən nifrət etməsinin əsil səbəbi; Sənin kimi olmaq istədiyi halda heç vaxt sənin kimi olmuyacağını bilməsidir.'♡♡♡
Offline
Gulperi
Mene qasinma tusdu bezden ne qeder mualice oldum indi istifade etmirem derim hessas olduguna gore pambiq olanindan alirdim
9 mart 2019 21:23
6
Offline
tatyana
Zerere qalmış indi herşeyi ziyanlidi deyirler,dogruda deyirler herşeye dabavka olunur plastikde,sintetikde nebilim zererli şeylerden daha neler,amma yazıq insanlar neynesin ne satılır,satışda nedir onuda alıb istifade edirik,amma dogru vurgulanıbkı pambıq terkibli olanlar yaxşıdır
9 mart 2019 20:07
5
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Cema_Axodova
Men bezlerden istifade edirem onlarsiz ozumu duwune bilmirem
9 mart 2019 18:54
4
p.s
Offline
Love-Girl
Uzun zamandi bele weylerden uzagam. Ama biliremki elede yaxsi sey deyil. Her ne qeder temizlik baresinde gigyenik olsada
9 mart 2019 16:19
3
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
Love Angel
Yazıq qadınlar bəs nədən istifadə etsinlər?
9 mart 2019 16:19
2
Don’t try to be different. Just be good. To be good is different enough. 08
Offline
AYCA
Marağlı məlumat oldu
9 mart 2019 16:17
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri