​​​​​​​Uşaqlıq boynu xərçənginin müalicəsi tapılıb

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 953
Səs ver:
(səs: 0)
Avstraliyada qadınlarda tez-tez rast gəlinən uşaqlıq boynu xərçənginin müalicəsi istiqamətində araşdırmalar aparılır. Xəstəliyin müalicəsində istifadəsi nəzərdə tutulan vaksinlə bağlı aparılan araşdırmalar artıq ilk müsbət nəticəsini verib.

Qadınla.com bildirir ki, Avstraliya 2007-ci ildən qız uşaqlarına insan papilloması virusuna qarşı İPV vaksinasiyası tətbiq edən ilk ölkədir.

Hazırda Avstraliyada hər 100 min nəfərdən 7-də bu xəstəliyə rast gəlinir.

Uşaqlıq boynu xərçəngi bədxassəli şişdir. Xəstəliyin inkişaf etməsinə əsas səbəb kimi insan papilloması virusu (İPV) göstərilir. Uşaqlıq boynu hüceyrələrində uzun müddət yaşayan bu viruslar həmin hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlıq boynu xərçənginin qadınlarda tez-tez rast gəlinən onkoloji xəstəlik olduğunu açıqlayıb.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri