Qadınların cinsi münasibətdən qorxub qaçması – Vaginizm xəstəliyi nədir?

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 262
Səs ver:
(səs: 0)
Cinsi münasibət evliliyin əsas dayaq nöqtələrindəndir. Belə münasibətin azlığı və ya olmaması ailələrin boşanması ilə belə nəticələnir.

Bəs hər 10 qadından birində müşahidə edilən, ailələrdə mübahisəyə belə yol açan vaginizm xəstəliyi nədir?

Vaginizm xəstəliyi qadında cinsi münasibətə istəksizlik yaradır. Bu xəstəlikdən əziyyət çəkənlər cinsi münasibətdən heç bir şəkildə həzz almırlar.

Belə qadınlar cinsi münasibətə qarşı olmaları ilə yanaşı, cinsi orqanına hansısa ginekoloji alətin belə daxil edilməsinə icazə vermirlər.

Vaginizm xəstəliyi ön sevişmənin normal olmasına baxmayaraq, vagina əzələlərinin cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılmasıdır ki, bu yığılma nəticəsində cinsi əlaqə ya heç mümkün olmur, ya da həddindən artıq ağrılı olur.

Bunu qeyd edək ki, qadınların əksəriyyətində bu əlamətlər ilk cinsi əlaqə zamanı ortaya çıxır.

Bu zaman qadınlar ilk olaraq ginekoloqa müraciət edirlər. Ancaq bu problem ginekoloq və psixoloqla birlikdə müalicə edilməlidir. Çünki əksər zaman ginekoloji problem olmur. Problemin kökü psixoloji faktorlardadır. Ən əsas faktor isə yeniyetmə qızların cinsi həyat haqqında bildikləri yanlış məlumatlar və qorxulardır.

Bəs bu xəstəliyin müalicəsi hansı şəkildə aparılır?
Vaginizm 90-95 % hallarda dərmansız yalnız psixoterapiya vasitəsi ilə həllini tapan psixoloji problemdir. Bu problemi yaşayan ailələrin əksəriyyəti “bir az vaxt keçşin, düzələr” deyə düşünsə də bu yanlışdır. Təəssüf ki, vaginizm öz-özünə aradan qalxan bir problem deyil. Əksinə, zamanla psixi gərginlik artdığı üçün problem daha da arta bilər. Bu problemdən əziyyət çəkən ailələrə tövsiyəmiz utanmadan, çəkinmədən mütəxəssisə müraciət etmək və qısa bir müddət ərzində problemlərindən azad olmaqdır. Nəzərə çatdırmaq lazımdır ki, vaginizm cinsi disfunksiyalar içərisində ən asan müalicə olunan problemdir.

Şahanə Quliyeva
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri