Mastopatiya

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 413
Səs ver:
(səs: 0)
Süd vəzilərində menstruasiya öncəsi ağrılar, həcminin böyüməsi, yüngül şişkinlik kimi əlamətlər mastopatiyadan xəbər verə bilər.

Mastopatiyanın müalicəsi və profilaktik tədbirləri haqqında hər bir qadın məlumatlı olmalıdır. Vaxtında görülən tədbirlər bir çox problemlərin qarşısını ala bilər. Həmçinin bu xəstəlik digər ciddi xəstəliklərin (onkoloji xəstəliklər daxil olmaqla) yaranmasına gətirib çıxara bilər.

Qadinla.com bildirir ki, mastopatiya süd vəzinin digər xəstəliklərinə nisbətdə qorxulu xəstəlik deyil. Vaxtında həkimə müraciət edildiyi halda, çox uğurla müalicə olunur.
Adətən mastopatiyanın əlamətləri dövrü xarakter daşıyır və buna görə də, qadınlar bu əlamətləri çox vaxt dövrü ağrılar kimi qəbul edib ciddiyə almırlar.

Mastopatiyanı necə müəyyən etmək olar?
Mastopatiya - süd vəzinin xoşxassəli xəstəliyidir. Adətən süd vəzində ağrılar, formasının dəyişməsi ilə müşaiyət olunur. Mastopatiya süd vəzinin ən geniş yayılmış xəstəliyidir. Statistikaya görə, bu xəstəlik reproduktiv yaş dövründə olan qadınların 60-90% də olur.

Mastopatiyanın ən əsas əlamətləri:
süd vəzində ağrılar, döşə toxunduqda ağrı hissi;
süd vəzinin həcminin böyüməsi;
döşün şişməsi.

Risk faktorları:
ana tərəfdən qohumlarda süd vəzilərində xoşxassəli və ya bədxassəli şişlərin olması;
endokrinoloji xəstəliklərin olması;
tez-tez keçirilən stress;
artıq çəki;
40-dan artıq yaş;
abort və ya hamiləliyin yarıda kəsilməsi halları;
30 yaşa qədər doğuşun olmaması;
doğuşdan sonra uşağı əmizdirməmək; qısa dövrdə, ya da iki ilə yaxın dövrdə əmizdirmə.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 413
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
qadinlarcin faydali melumat oldu
18 may 2019 22:28
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Mastopatiya qorxulu deyil.Vaxt asiri mualice etmek lazimdi
18 may 2019 22:12
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
tatyana
Mastopatiyanın müalicesi yoxdur,sadece ilde bir defe yoxlanılmalı uzi vasitesile,agrılar olan zamansa sadece bitki cayları icilir(mastafiton misalcün)
18 may 2019 20:04
2
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
GünAy
Allah uzaq etsin, Allah hec bir qadina xestelik gostermesin.
18 may 2019 16:44
1
Səni çox sevirəm həyatımın mənası heart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri