Uşaqlıq boynu xərçəngi haqda bilmədiklərimiz

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 1 525
Səs ver:
(səs: 0)
Uşaqlıq boynu xərçəngini törədən əsas amillər:
Xərçəng uşaqlıq boynu hüceyrələrinin kontrolsuz şəkildə artması nəticəsində yaranır. Etiologiyasında Human Papilloma Virus (HPV) olduğu sübut edilmişdir. HPV-nin təxminən 100 tipi vardır. Bunlardan xüsusilə HPV tip 16 və 18 yüksək onkogenik riskə sahibdir. HPV əsasən cinsi yolla yoluxan virusdur. Bu virusun bəzi tipləri kondiloma accuminata adlandırılan ziyillərə səbəb olur.

Cinsi aktivliyə erkən yaşda başlayan qadınlarda, çox sayda cinsi partnyoru olan və ya partnyorunun bir neçə cinsi partnyoru olan qadınlarda, 7 və çox hamiləlik keçirən, siqaret çəkən qadınlarda uşaqlıq boynu xərçəngi riski daha yüksəkdir.

Amma müsbət hal odur ki, müntəzəm ginekoloji müayinələr və Pap-smear/ HPV DNA müayinə testləri ilə uşaqlıq boynu xərçəngi hələ xərçəng hüceyrələri əmələ gəlmədən, hüceyrə səviyyəsində atipi olduğu halda diaqnoz qoyula bilir.

Pap-smear nədir?Nə vaxt smear aldırmağa başlamaq lazımdır?
Pap-smear testi sadə və sürətli bir müayinə metodudur. Müayinəyə ilk cinsi münasibətdən 3 il sonra və ya 21 yaşından sonra başlanılır. Son elmi yanaşmalara görə 21-29 yaş arası 3 ildə bir, 30-65 yaş arası 5 ildə bir dəfə HPV testi ilə birlikdə (ko-test) tətbiqi məsləhət görülür. Hamilələrdə hamiləliyin ilk 3 ayında smear alına bilər.

Müayinə nə vaxt dayandırılır?
Daha əvvəldən alınan smear nəticəsində patologiya aşkar edilməmiş və ya son 10 ildə 3 ard-arda neqativ smear nəticəsi olan 65 yaş və üstü qadınlarda müayinə dayandırıla bilər.

Nəticə pozitiv olduqda nə etməli?
Smear testi hüceyrə səviyyəsində dəyişikliyi müəyyənləşdirməyimizə kömək edir. HPV taraması isə daha əvvəl də qeyd etdiyimiz kimi servikal xərçəngin səbəbi olan virusu aşkarlamağa imkan verir. Smear testi nəticəsində patologiya aşkar edilərsə və ya HPV testinin nəticəsində yüksək onkogenik tiplər pozitiv çıxarsa sonrakı mərhələdə ginekoloqunuz sizi əlavə testlərə yönləndirəcək. Əlavə testlər əldə edilən nəticəyə görə dəyişə bilər; testin tekrarı, kolposkopiya və ehtiyac olarsa, şübhəli hissələrdən biyopsiyasına üstünlük verilə bilər. Bütün bu nəticələrlə birlikdə sizə cərrahi müdaxiləyə ehtiyac varsa, bu, ginekoloqunuz tərəfindən bildiriləcəkdir.

Smear testini nə vaxt etdirmək lazımdır?
Smear testi edilməzdən ən az 2 gün cinsi pəhriz (cinsi münasibət olmamalıdır), vagina yuyulmamalı, hər hansı bir vaginal müalicə alınmamalı və müayinə də daxil edilməklə heç bir ginekoloji müdaxilə olmamalıdır.

Xüsusi qeyd:
Uşaqlıq boynu xərçəngi illər ərzində inkişaf edir, uzun müddət simptomsuz ola bilər. İlk diaqnoz smear testi ilə qoyula bilir. Ən vacib məqam isə smear ilə diaqnoz qoyulan mərhələ xərçəng əmələ gəlmədən müalicə edilə bilən mərhələdir.

Əgər sizdə anormal qanama, menstruasiya müddətinin artması və ya qanama miqdarının artması, cinsi münasibət sonrası qanama, ağrı, pis qoxulu və müalicəyə cavab verməyən axıntı varsa, ən qısa zamanda ginekoloqunuza müraciət edin.

Unutmayın, erkən diaqnoz həyat xilas edir!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri