Klimakterik sindrom nədir, nəyə səbəb olur? – Qadınlar mütləq oxusun

Şərhlər: 2
Baxılıb: 2 042
Səs ver:
(səs: 0)
Klimakterik sindrom reproduktiv funksiyanın söndüyü vaxtda, yəni 45-47 yaşdan sonra yaranır. 

Bu mərhələdə yumurtalıq və uşaqlığın ölçüləri tədricən azalır, mensturasiyalar kəsilir. Sindrom 40% qadınlarda premenopauza dövründə, 40-85%-də menopauzadan sonra bir il müddətində, 3%-ində isə menopauzadan 2-5 il ötdükdən sonra qeydə alınır. 

Məlumdur ki, qadınların ürək-damak xəstəliklrinə tutulma riski kişilərə nisbətən 5 dəfə aşağıdır. Buna səbəb qadınlarda estrogen hormonlarının daha yüksək olmasıdır. Estrogenlerın təsiri nəticəsində qandakı artıq yağlar yani xolesterin dəri altına toplanır.

Kişilərdə estrogen həddən artıq az miqdarda olduğu üçün qanda xolesterinin artıqlığı zamanı damar divarlarına çökərək arteriyaların mənfəzi daralması hesabına orqanların qidalanması pozulur. Lakin klimakterik dövrdə qadınlarda estrogenlerin anidən azalması hesabına qanda xolesterin əvvəlkindən daha çox, hətta kişilərə nisbətən iki dəfə daha çox artır. Bu dövrdə olan qadınların ürək-damar xəstəliklərinə tutulma riski 5 dəfə artmış olur.

Klimaktrik dövrdə olan qadınlar bədənin yuxarı hissələrində - başda, boyunda istiliyin artması, ürəkdöyünmə hissinin olması, əsəbi gərginlikdən, deyingən olmalarından, təzyiqin yüksəlməsindən, baş ağrılarından şikayətlənirlər. Bu dövrdə qadınlar ciddi həkim müayinəsindən keçməli, qanda xolesterinin miqdarı təyin olunmalı, arterial təzyiqin normal hüdudlarda saxlanması üçün həkimin təyin etdiyi preparatları mütəmadi qəbul etməli, dövrü olaraq müayinələrdən keçməlidir. 

Artmış xolesterinin və arterial təzyiqin vaxtında müalicəsi, hormonal disbalansın vaxtında aşkara çıxarılması sizin sağlam və uzun ömür yaşamağınız üçün vacibdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri