Qadınlarda xərçəngin 12 ilkin əlaməti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 326
Səs ver:
(səs: 0)
Son illərin ən böyük bəlası xərçəng xəstəliyidir. İl ərzində milyonlarla insan bu sağalmaz dərdin qurbanı olur.

Qadinla.com
qadınlarda üzə çıxan xərçəng xəstəliyinin əlamətlərini təqdim edir.

Qadın orqanizmində daimi dəyişikliklər baş verir. Qadının yaşı artdıqca, bədənindəki dəyişikliklər də çoxalır.

Əfsuslar olsun ki, qadın orqanizmində baş verən bəzi dəyişikliklər ilk baxışdan adı bir hal kimi qəbul edilə bilər, amma əslində bu belə deyil. Bəzi hallarda bu, xərçəngin əlamətləri ola bilər. Bu əlamətlər barədə hamı, xüsusilə də qadınlar məlumatlı olmalıdırlar.

Buna görə də qadın üçün orqanizmində baş verən dəyişikliklərə nəzarət etmək çox vacibdir. Çünki bədən nəyinsə səhv getdiyini işarə verməyə qadirdir. Yeni əlaməti və ya yeni dəyişikliyi gördükdə buna mütləq fikir verilməli və həkimə müraciət olunmalıdır.

Qadınların əksəriyyəti xərçəngin aşağıda göstərilən əlamətlərinə əhəmiyyət vermir:

Qıcqırma

Qıcqırmaya səbəb, yağlı, şirin və ya alkoqolun həddindən artıq istifadəsi ola bilər. Bu cür qıcqırma çox davam etmir. Lakin qıcqırma keçmirsə və ya daha da artırsa, bu mədənin, yumurtalıqların və ya boğaz xərçənginin əlaməti ola bilər. Bundan savayı, daimi qıcqırma qida borusunun divarlarının zədələnməsinə səbəb olur və bu boğaz xərçənginin inkişafının riskını artırır.

Ağız boşluğundakı dəyişikliklər

Siqaret çəkən qadınların ağız boşluğunda ağ, sarı və ya boz ləkələr əmələ gəlir. Həmin ləkələr getdikcə yaralara çevrilib, arta bilir və bu da nəticədə ağız boşluğunun xərçənginə səbəb olur.

Sinədə dəyişikliklər

Bilmək vacibdir ki, əksər hallarda sinədə yaranan düyün heç də xərçəng demək deyil. Lakin, süd vəzilərində bərkimə müşahidə etdikdə, həkim məsləhəti mütləqdir. Əgər döş gilələrində ifrazat əmələ gəlibsə, gilələr geri çəkilib, qızarıb, qabığı soyulur və ya ölçüsünü dəyişibsə, bütün bunları mütləq şəkildə həkimə bildirmək lazımdır.

Qarın köpü

"NYU Langone" tibb mərkəzinin onkoloqu Marlen Mayersin sözlərinə görə, qadınlar tez-tez qarın köpündən şikayət edirlər. Amma köpmə keçməyib, çəki itkisi və ya qanaxma ilə müşayiət edilirsə, bu həyəcan siqnalına səbəb olmalıdır. Qarnın daimi köpməsi xərçəngin əlamətlərindən biri ola bilər. Bu yoğun bağırsaqın, yumurtalıqların, həzm yolunun və ya mədəaltı vəzinin xərçəngi ola bilər.

Aybaşı arasında olan qanaxmalar

Əgər aybaşılar arasında qanaxmalar baş verirsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Aybaşına aid olmayan hər hansı qanaxmanın müxtəlif səbəbləri ola bilər. Bu adi ovulyasiya əlaməti olduğu kimi, həmçinin uşaqlıqın, uşaqlıq yolunun, uşaqlıq boyuncuğunun xərçənginin simptomları da ola bilər.

Dırnaqlarda dəyişiklik

Hər hansı dırnağın üzərində böyük olmayan, qəhvəyi, şaquli zolaq, melanomanın əlaməti ola bilər. Doktor Riçin sözlərinə görə, çətin hallarda bu kutikul sahəsinə və ya dırnaq ətrafı dəriyə yayıla bilər. Bu simptom, xərçəngin inkişafı və yayılması haqqında məlumat verir".

Sidik və nəcisdə qan

Əksər hallarda sidik və nəcisin tərkibində qanın mövcud olmasına, babasil səbəb olur. Lakin, bu həmçinin yoğun bağırsaq xərçənginin əlaməti də ola bilər. Belə bir qanaxmanı aşkar etdikdə, həkimə müraciət etmək mütləqdir. Xüsusilə, əgər bu qanaxma iki gündən artıq davam edirsə, gecikməyin.

Limfatik düyünlərin dəyişiklikləri

Əksər hallarda limfatik düyünlər orqanizmdə iltihab prosesi baş verəndə dəyişikliyə məruz qalırlar. Adətən infeksiyaların ziyanı olmur və orqanizm onlara qarşı müvəffəqiyyətlə mübarizə aparır. Lakin, leykemiya və limfoma kimi xəstəliklərdə, belə infeksiyalar limfatik düyünlərin şişməsinə səbəb olur. Bir ay ərzində şişkinlik keçmirsə, endokrinoloqun qəbuluna yazılmağın vaxtıdır.

Udma zamanı çətinlik

Bəzən udma zamanı çətinliklər yaranır. Lakin, bu tez-tez baş verirsə və həmçinin qusma və çəkinin itirilməsi ilə müşayiət edilirsə, əlamətlər boğaz və ya mədənin xərçəngi haqqında xəbər verə bilər. Bu əlamətlər bir həftədən sonra keçmirsə, həkimə müraciət etmək lazımdır.

Qəfil çəki azalması

Çox qadının arzusu yüngül yolla arıqlamaqdır. Lakin, çəki hər hansı idman və pəhriz olmadan əriyirsə, o halda bu, orqanizmdə ciddi problemlərin baş verməsinin əlaməti ola bilər. Əksər hallarda çəkinin qəfildən itirilməsinə əsəb gərginliyinin keçirilməsi səbəb olur. Amma, bəzi hallarda bu mədəaltı vəzi və ya yoğun bağırsaqın xərçəngi ola bilər.

Qızdırmanın irəliləməsi

İnsanlar soyuqdəymə və ya qrip ilə xəstələnəndə, bir neçə gün davam edən qızdırma təbii haldır. Lakin, bir həftədən çox davam edən və səngiməyən qızdırma, bədəndə baş verən bir sıra patologiyalar haqqında xəbər verə bilər. Xüsusilə, qızdırmanın səbəbi leykemiya və qan xərçənginin digər növləri ola bilər.

Öskürək

Əksər insanlarda öskürək dörd həftə ərzində keçib gedir. Bir aydan çox davam edən hər hansı öskürəyə əhəmiyyət verməmək olmaz. Siqaret çəkmə və təngnəfəslik öskürəyi artırır və çətinləşdirir. Öskürək, ağ ciyər xərçənginin ən çox yayılmış əlamətlərindən biridir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 326
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Herşeyden bilmek yaxşıdı,faydalı melumatdı,men zaten bilirdim
12 oktyabr 2019 23:02
2
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Cema_Axodova
Her zaman insan gerek hekim nezaretinde olmalidi bizlerde adetdi hamiya wamil etmirem amma yenede hekime gerek xerrekde gedek
12 oktyabr 2019 18:56
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri