Tez -tez abort və spiral qoydurmaq bu şişlərə səbəb ola bilir - Tanınmış həkimdən qadınlar üçün RESEPT

Şərhlər: 2
Baxılıb: 3 599
Səs ver:
(səs: 0)
Mioma uşaqlığın xoşxassəli şişidir. Mioma diaqnozu qoyulan qadın təşvişə düşməməli, öncə şişin yerləşməsi və ölçüləri təyin olunmalıdır. Uşaqlığın daxilinə, yəni selikli qişaya yaxın yerləşən miomalar əzələ qatının üstündə yerləşənlərə nisbətən daha təhlükəlidir. Əgər mioma böyümürsə, onun demək olar ki, təhlükəsi olmur. Həmçinin yaşın 48-50-ni keçməsi də miomaların inkişaf ehtimalını azaldır, ümumiyyətlə 50 yaşdan sonra miomaların ölçüləri, adətən kiçilməyə başlayır.

Miomaların əmələgəlmə səbəbləri sona qədər araşdırılmasa da, tez-tez süni abort edənlərdə, spiraldan istifadə edənlərdə, zob xəstəliyində, həddən artıq piylənməsi olanlarda miomalar daha tez inkişaf edir. Bunu tanınmış fitoterapevt həkim Füzuli Hüseynov bildirib.

Mioma böyüməyə davam etdikdə, təhlükəli hesab olunur, uşaqlıq qanaxmalarına, uşaqsalmaya, ağrılara səbəb ola bilir. Miomanın əmələgəlmə səbəblərindən biri hormonal balansın pozulması olduğundan onun müalicəsində orqanizmin estrogen-progesteron balansını tənzimləyən bitkilər istifadə olunur.

1. İlk növbədə yeməkdən başlanılmalıdır, zülallı və yağlı yeməklərin yerinə meyvə-tərəvəz qəbul olunmalıdır. Hər gün 1 stəkan kərəviz şirəsi, 2 gündən bir 1 stəkan cəfəri şirəsi, hər gün 1 stəkan cücərmiş yaşıl buğda şirəsi (hazırlamaq üçün cücərmiş buğdanın yaşıl hissəsi stəkana tökülür üzərinə su əlavə edilib blenderlə qarışdırılır), çaytikanı şirəsi, növbəli şəkildə çuğundur, kələm, gavalı, çiyələk, portağal, alma, kök şirələri içilməlidir. Bu şirələr bədən mühitini dəyişdirir, bununla da miomaların inkişafını saxlayır. Yeməkdən əvvəl zeytun yağlı salatlar yeməyə vərdiş etmək vacibdir.

2. Bitki məcunu:
Dəmrovotu – 50 qr
Boymadərən – 50 qr
Adaçayı – 50 qr
Yovşan – 50 qr
At pıtrağı kökü – 50 qr
Zəncəfil – 50 qr
Gülümbahar çiçəyi – 50 qr
Propolis – 50 qr
Bal – 2 kq

Bitkilər üyüdülərək toz formasına salınır, balla qarışdırılır, propolis isə əvvəlcə soyuducuda dondurulur, sonra süzgəcdən keçirilir və məcunun içinə əlavə olunur. Gündə 3 dəfə yeməkdən 1 saat  əvvəl 1 çay qaşığı yeyilir.

3. Üç ay boyunca gündə 1 dəfə yeməkdən 50 dəqiqə  əvvəl 1 çay  qaşığı qara zirə yağı içilir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri